Müxalifət partiyasının sədri: “Vəhşi, vəhşi Qərb…”

“Britaniya baş naziri Toni Bler xüsusi araşdırma komissiyasının hesabatından sonra İraq müharibəsinin yanlış olduğunu, bu səbəbdən məsuliyyətini dərk etdiyini bildirmişdi. Başlanmış müharibəyə görə isə İraq xalqından deyil, itirilmiş əsgərlərə görə Britaniya ordusundan üzr istəmişdir. Yenidən xanım Klinton İraq müharibəsinin başlanması zamanı ABŞ prezidenti Buşa dəsətək verdiyinin səhv olduğunu dilə gətirib.
Bir qədər əvvəl isə prezident Obama Liviya müharibəsini rəhbərliyinin ən böyük yanlışı olduğunu bildirmişdi”.

Etikxeber.az xəbər verir ki, bunu Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev dilə gətirib. O, qeyd edib ki, bu,  qəribə statistikadır.

“Belə çıxır ki, bu sayaq səhvlər nəticəsində dövlətlər dağılır, insanlar qətliam edilir, yaşayış məntəqələri xəritədən silinir, bunlar isə ya prezident olmaq üçün etirafda bulunur, ya da öz əsgərlərindən üzr istəyirlər. Nəyə görə bunlar bir dəfə də özlərinin qətliamına səbəb olan qələt etmirlər? Gördünüzsə, etirafçıların heç biri iraqlılardan, əfqanlardan, liviyalılardan üzr istəməyi düşünmür. Bu münasibətdən və qiymətləndirmədən irəli gələn nəticədir. Yəni, qeyrilərin faciəsi vecimizə də deyil, onları insan görmürük…
Bir köhnə film yadıma düşdü-“Vəhşi, vəhşi Qərb…“-deyə, VİP sədri sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Yetkinlik yaşına çatmayan qızı qaçıran məcburi köçkün gənc özünü asdı- FACİƏ

Read Next

“Açıq qapı” valideynlərlə hərbi qulluqda olan övladları arasında bir növ canlı körpü rolunu oynayır-Müdafiə Nazirliyi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir