Müxalifətin növbəti mitinqi ayın 17-də olacaq – YENİLƏNİB

Bu gün Milli Şuranın 26 sentyabr referendumu və ölkədə sosial-iqtisadi vəziyyət ilə mitinqi keçiriləcək. Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) olacaq. Aksiya saat 17.00-dan 19.00-a qədər elan olunub.

Etikxeber.az xəbər verir ki,  aksiya təşkilatçılarının sözlərinə görə, mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edəcək.

Təşkilatçılar həmçinin, mitinq üçün bütün hazırlıqların artıq tamamlandığını bildiriblər. Aksiyanın texniki və təşkilatçılar tərəfindən təhlükəsizliyə nəzarət tərəfi də həll olunub. Milli Şura mitinqin yüksək səviyyədə və kütləviliklə keçəcəyini iddia edir.

Qeyd edək ki, iqtidarın, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri isə mitinqin əvvəlkilərdən fərqlənməyəcəyini, sönük keçəcəyini iddia edirlər. YAP-dan olan millət vəkili Aydın Mirzəzadə mətbuata açıqlamasında mitinqə cəmi 100-ə yaxın adamın gələcəyini iddia edib.

***

Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi bir az öncə başa çatıb.

Aksiyada Milli Şura Koordinasiya Şurasının bir neçə üzvü-Əli Kərimli, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev və digər şəxslər çıxış edib.

G. Hacıbəyli deyib ki, biz Məmməd Əmin Rəsulzadənin nəvələriyik: “Xalq olaraq 1918-ci ildəki kimi öz güçümüzü göstərməliyik”.

Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli isə aksiyaya qatılmayıb.

Mitinqdə eyni zamanda,  növbəti aksiyanın sentyabrın 17-ə təyin edildiyi bildirilib.

Aksiya insidentsiz başa çatlb.

Etikxeber.az

 

Read Previous

12 yaşlı qızını diri-diri yandıraraq qətlə yetirdi və qaçıb gizləndi-VƏHŞİLİK- YENİLƏNİB

Read Next

Mitinqdə 2 min 500-ə yaxın insan iştirak edib – BŞBPİ- RƏSMİ AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir