Müxalifət lideri xəstəxanaya yerləşdirildi – ALLERGİYADAN

İcazəsiz etiraz aksiyasında iştirak etmək çağırışlarına görə iyulun 24-də 30 sutkalığa həbs olunan Rusiya müxalifət lideri Aleksey Navalnı “allergiyaya reaksiya” diaqnozu ilə Moskvadakı 64 nömrəli xəstəxanaya yerləşdirilib.

Etikxeber.az xarici mediaya  istinadən xəbər verir ki, Navalnının səhhəti ilə bağlı rəsmilərdən bir açıqlama olmadığı halda, onun sözçüsü Kira Yarmış müxalifət liderinin alergiya reaksiyası nəticəsində üzünün şişdiyini və qızardığını, belə halın ilk dəfədir ki, baş verdiyini bildirib.

O, Tvitter səhifəsində qeyd edib ki, Navalnı bazar günü səhər “kəskin allergiya reaksiyası” diaqnozu ilə xəstəxanaya gətirilib:
“Allergiya reaksiyasının mənbəyi müəyyən edilməyib. İndiyədək Alekseydə belə allergiya reaksiyası müşahidə olunmayıb”. 

İnterfax agentliyi müxalifət liderinin xəstəxanada olmasını təsdiqləyib. Bildrilib ki, o, hazırda xəstəxanada – palatadadır, vəziyyəti qənaətbəxşdir.

Etikxeber.az

Read Previous

Heydər Əliyev Mərkəzi parkında “MUZ-TV diskoteka” – LEYLA ƏLİYEVA DA QATILDI – FOTOLAR

Read Next

“Konstitusiyaya əməl et!” – ÇAĞIRIŞINA MÜXALİFƏT VƏ YAP NECƏ REAKSİYA VERƏCƏK?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir