Müxalifət seçkilərlə bağlı nə qərar verəcək?

“Növbədənkənar seçkilər: İştirak yoxsa boykot” mövzusunda Dəyirmi Masa keçirmək barədə qərar qəbul etdik. Gələn həftə keçiriləcək toplantının günü, saatı barədə əlavə məlumat veriləcək. Siyasi partiyaların, ictimai təşkilatların rəhbərlərinə, seçki ekspertlərinə dəvətlər göndəriləcək.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Biz, “əvvəl islahat, sonra seçki”- tələbini irəli sürmüşük. Seçki islahatları ilə bağlı təklifləri paketimiz ictimaiyyətə təqdim olunub. Bununla yanaşı, yaranmış hakimiyyət böhranı dövründə atacağımız addımların ümumi müzakirəsi vacibdir. Bu baxımdan indi keçiriləcək Dəyirmi masada siyasi və ictimai təşkilatların daha geniş spektrinin iştirakını vacib sayıram…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Sabiq deputatın-PA-DAKI POSTU LƏĞV OLUNDU, ŞAHİN ƏLİYEVİN ŞÖBƏSİ İKİYƏ BÖLÜNDÜ, YENİ ŞÖBƏ YARADILDI…

Read Next

“Mənim həyatımın əsas hissəsi Qarabağdır…” – ZÜLFÜQAR HÜSEYNZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir