“Müxtəlif sahələri əhatə edən məsələlərin həllinə köməklik göstərməyimiz xahişi ilə qəbula 32 vətəndaş yazılmışdı…”-MİLLƏT VƏKİLİ NÖVBƏTİ QƏBUL KEÇİRDİ – FOTOLAR

Zərdab rayonunda Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulumu keçirdim. Qəbulda Rayon icra hakimiyətinin və ƏƏSMN-nin Zərdab şəhər şöbəsinin məsul şəxsləri də iştirak edirdilər. Müxtəlif sahələri əhatə edən məsələlərin həllinə köməklik göstərməyimiz xahişi ilə qəbula 32 vətəndaş yazılmışdı. Hər birini diqqətlə dinlədik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva öz sosial şəbəkə hesabında paylaşdığı statusunda qeyd edib.

Qeyd edib ki, bir çox məsələlərin həlliylə bağlı qəbul əsnasında təşkilat və qurumlarla telefon vasitəsilə əlaqə saxlanıldı, problemlər diqqətlərinə çatdırıldı.

“Qaldırılan məsələlərin bir hissəsinin aidiyyəti qurumlara yazılı şəkildə ünvanlanacağını bildirdik. Qəbul hər zamanki kimi səmimiyət, qarşılıqlı anlayış şəraitində keçdi. Daha əvvəlki qəbullarda qaldırılan və artıq müsbət həılini tapmış məsələlərlə bağlı təşəkkürlərini bildirmək üçün gələn seçicilərimiz də var idi. Hər birinə qədirbilənliklərinə görə ayrı ayrılıqda minnətdaram”-deyə, o, sonra yazıb.

FOTOLAR:

Etikxeber.az

Read Previous

13 ilin peşəkar hərbçisi, Gizir, Aprel döyüşləri və İkinci Vətən Müharibəsinin iştirakçısı, beş medallı, bir ordenli Qazi, üç övlad atası-ŞƏKİLİ QAÇAY DURSUNƏLİ OĞLU ABDULLAYEV – QAZİMİZ İŞLƏ TƏMİN EDİLƏCƏKMİ? – FOTOLAR

Read Next

“Fransa tərəfindən Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda kövrək normallaşma prosesini təhlükə altına alan bu kimi əsassız bəyanatlara son qoyulmasını tələb edirik”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir