“Müxtəlifliyə, rəğbət və hörmətə…” – BOKOVA

Böyük İpək yolu üzərində yerləşən, qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər bütün dünya üçün örnəkdir.

Etikxeber.az xəbər verir ki, bu fikri UNESCO-nun baş direktoru İrina Bokova IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.

“Bildiyiniz kimi, Bakı UNESCO-nun mədəni irs siyahısında olan bir şəhərdir. Azərbaycanın maddi-mədəniyyət abidələri, xalçaları, Novruz bayramı UNESCO-nun irs siyahısında yer alıb. Məhz belə bir ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsindəki təcrübəsinə ehtiyacımız var” – deyə, İrina Bokova qeyd edib.

Baş direktor bildirib ki, bu gün bizim tolerantlığa, birgəyaşayışa, həmrəyliyə, anlaşmaya həmişəkindən daha çox ehtiyacımız var:

“Biz müxtəlifliyə, rəğbət və hörmətə, insani dəyərlərə xidmət edən innovasiyalara rəvac verməliyik. Prezident İlham Əliyevin də söylədiyi kimi, müxtəliflik bizim gündəlik həyatımızın reallığını əks etdirir. Bizim yeni proqramlarımız da məhz demokratiya prinsipləri əsasında hamının mənafeyinə xidmət etməlidir. Məhz bu məqsəd UNESCO-nun fəaliyyətinin əsas prinsipidir.

Bu Forumun tərəfdaşlarını Bakıda bir araya gətirən də məhz bu zərurətdir. UNESCO BMT-nin əsas qurumlarından biridir. Bu gün bu Forumda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı, Dünya Turizm təşkilatlarının, eləcə də bir sıra qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri iştirak edirlər. Bu da həmrəyliyimizlə bağlı bir mesajdır”.

Etikxeber.az

Read Previous

Yerevan ofisinin bağlanmasında Ermənistan günahkardır – ATƏT PA-NIN VİTSE-PREZİDENTİ

Read Next

“Artıq yeni partiya -“Hayır” partiyası qurulub…” – AKŞƏNƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir