Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezident İlham Əliyev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:
Əliyeva Bəstixanım İsgəndər qızı
Əliyeva Ruhəngiz Ağabala qızı
Quliyeva Sima Əhməd qızı
Sadıxova Nairə Hafiz qızı
Tağıyeva Xatirə Sətdar qızı.
Etikxeber.az





