Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir Şəhid ailəsində olduq…
Daha bir Şəhid ailəsinə baş çəkdik…
Daha bir Nur üzlü Şəhid ailəsi ilə bir araya gəlidik…
6 avqust 2024-cü il tarixində, axşam saatlarında Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Raziyə Kamilqızı ilə birlikdə əslən Füzulili, özü isə Bakılı, Zabratlı olan İkinci Vətən Müharibəsi Şəhidi Saleh Namiq oğlu Əliyevin ocağını, ailəsini, valideynlərini-anası Solmaz xanımı və atası Namiq Əliyevi ziyarət etdik…
Qeyd edim ki, iki dəfə Şəhidimizlə bağlı tədbirdə iştirak etsəm də, ilk dəıfəydi ailəsində, ocağında olurdum…
Ziyarət zamanı bir daha Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm dilədik…
Bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…
Bir daha Şəhidimizin müqəddəs ruhu qarşısında baş əydiyimizi dilə gətirdik…
Sonra Şəhidimizin ailə üzvləri, valideynləri ilə söhbətləşdik, dərdləşdik…
Eyni zamanda qeyd edim ki, ziyarət zamanı Şəhidimizin anası Solmaz Famil qızı Əliyevaya Qubalı İkinci Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis rtdiyi “Şəhid anası” medalını (medalyonunu) və vəsiqəsini təqdim etdik..
Solmaz xanım da öz növbəsində “Vətən Naminə” təşkilatına və Tünzalə Abduləlimovaya özü, ailəsi adından minnətdarlığını bildirdi…
Qeyd etdi ki, bu, əziz, qiymətsiz hədiyyəni, “Şəhid anası” medalını daim üzərində daşıyacaq.
Onu da qeyd edim ki, əslən Füzulili olan Saleh Əliyev 1992-ci ilin 18 avqust tarixində Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu olub…
Zabrat qəsəbəsində yerləşən 71 saylı tam orta məktəbdə oxuyub, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kollecini bitirib…
2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub…
Əsgərlikdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışıb, bir müddət Rusiya Fedarasiyasında yaşayıb, işləyib…
Sonra yenidən Vətəninə, doğma Azərbaycanına dönüb…
21 sentyabr 2020-ci il tarixində isə hərbi səfərbərliyə cəlb olunub…
6 gün sonra tarixi 44 günlük İkinci Vətən Müharibəsinə qatılıb…
Şərəfli döyüş yolu 19 gün çəkib…
Oktyabr ayının 15-də doğma ata-baba yurdunda, Füzuli rayonunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi bir gün sonra, 16 oktyabr tarixində Zabrat qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra üç medalla təltif olunub…
Amma valideynləri həm də övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…
28 yaşında Şəhidlik məqamına ucalsa da, Saleh həm də subay olub…
Məqamı Uca, dərgahı, qarşıdan gələn Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az