Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fransa Senatının 25 noyabr 2020-ci il tarixli bədnam, təxribat xarakterli qətnaməsi Azərbaycan üçün əslində heç bir əhəmiyyət kəsb etmir. Təcavüzkar bir dövləti və cinayətkar bir qurumu müdafiə etmək onunla bir sırada olmaq anlamına gəlir.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib.
Bu yöndə fikirlərini parlamentin dünənki iclasında da dilə gətirdiyini deyən millət vəkili bir daha xatırladıb ki, bugünlərdə bir qrup fransalı senator əslində mövcudluğuna son qoyulmuş “Dağlıq Qarabağ”ın müstəqil bir dövlət kimi tanınması təşəbbüsü ilə çıxış etmişdilər.
“Bu senatorların kimliyi ilə maraqlandıqda məlum olur ki, onlar tək Fransada deyil, bütün Avropada qatı millətçiliyi və separatizmi təbliğ edən siyasətçi kimi tanınırlar. Bildiyiniz kimi, Fransada çoxlu sayda erməni yaşayır. Burada erməni lobbisi və təşkilatları çox güclüdür. Onlar həm də böyük maliyyə mənbəyinə malikdirlər. Bütün dünyada olduğu kimi, Fransada da fəaliyyət göstərən erməni lobbisi Azərbaycanlılara və türklərə qarşı həmişə düşmən mövqedə olublar”-deyən millət vəkilinin sözlərinə görə, erməni lobbisi Fransa siyasi dairələrinə təsir edə biləcək gücə də malikdirlər.
“Bu səbəbdəndə, bu cür millətçi və separatçı senatorlar Fransadakı ermənilərin süfrəsindən qalan tör-töküntülərdən qidalanaraq Azərbaycana qarşı bu cür mövqe sərgiləyirlər. Amma başa düşmürlər ki, Fransa dövləti istər Azərbaycan BMT-yə üzv daxil edildikdə, istərsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu cür siyasətçilər Azərbaycana düşmən mövqeyi ilə yanaşı öz dövlətinə, onun beynəlxalq aləmdəki nüfuzuna da zərbə vurmuş olur.
Son zamanlar Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu və müdrik xarici siyasəti nəticəsində bir sıra dünya dövlətlərinin Azərbaycana qarşı qərəzçilik ab-havası əriməyə başlayıb. Belə ki, bir sıra Avropa dövlətləri Azərbaycanın apardığı mübarizənin beynəlxalq hüquqa tam uyğun olduğunu vurğulayırlar. Daim erməni və Ermənistanpərəstliyi ilə seçilən Fransa prezidenti Makronun özünün ermənilərin təşkil etdiyi bir tədbirdə Azərbaycan haqqında dediyi fikirləri dinlədikdə Fransanın nəhayət ki, Azərbaycanın işğala məruz qaldığını dərk etdiyinin şahidi olduq.

Belə ki, Fransa Senatının qəbul etdiyi bu qərarın ardından Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Senatın bu qərarının Fransa hökumətinin siyasətini əks etdirmədiyi haqqında fikir bildirdi. Əslində qəbul edilmiş bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Təcavüzkar bir dövləti və cinayətkar bir qurumu müdafiə etmək onunla bir sırada olmaq anlamına gəlir.
Fransa hakim dairələri və Fransanın ictimai-siyasi dairələri başa düşməlidirlər ki, güclü və iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanda əməkdaşlıq onlar üçün daha önəmlidir, nəinki yoxsul və rəzalət içində olan bir Ermənistanla. Heç kim belə bir dövlətin sərsəm ideyalarını müdafiə etməz və etməməlidir. Çünki nəticədə bizlər deyil, uduzan onlar ola bilər, onlar olacaqlar. Nə qədər ki, gec deyil, yaxşı düşünsünlər. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.
Etikxeber.az




