“Nə qədər ki, yay bitməyib, günəş boldur, havalar xoşdur-vətəndaşlarımızın rayonlara, təbiətə yolunu açmaq lazımdır”-SABİQ DEPUTATDAN OPERATİV QƏRARGAHA ÇAĞIRIŞ

Ölkəmizdə pandemiya əleyhinə görülən tədbirlər, xüsusilə də, sərt karantin rejiminin tədbiqi, hərəkətlərin məhdudlaşdırılması öz müsbət nəticələrini verməkdədir.

Bunu nəzərə alaraq, Operativ Qərargah avqustun 5-dən başlayaraq müəyyən məhdudiyyətlərin qaldırılması ilə bağlı qərarlar verməkdədir.

Hazırda bir sıra istehsalat müəssisələri, ticarət, ictimai iaşə və xidmət sahələri fəaliyyətlərini bərpa edib.

Açıq hava şəraitində idman tədbirlərinin keçirilməsi, çimərliklərdən istifadə sərbəstdir.

Uzun zamandan bəri evdə qalan, küçəyə icazə ilə çıxan vətəndaşlarımızın günəş işığına, dəniz suyuna böyük ehtiyacı var.

Bu insan bədəninin xəstəliklərə qarşı müqavimətinin artırılması, viruslarla mübarizədə immunitetinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir.

Digər bir vacib məhdudiyyətin də qaldırılmasını bu gün ictimaiyyət səbirsizliklə gözləyir.

Söhbət əhalinin ölkə daxilində gediş-gəlişinə qoyulan qadağaların götürülməsindən gedir.

Koronavirusla bağlı statistika göstərir ki, ölkəmizdə infeksiyadan sağalanların sayında qənaətbəxş dinamika var.

Yoluxmaların sürətli azalma tendensiyası da müşahidə edilir. Üstəlik,dünya ölkələri ilə müqayisədə Azərbaycanda koronaviruslu xəstələrin son 6 ay ərzində ölüm faizinin az olduğunu ( 1,2-1,3%) da nəzərə alaraq, bu məsələni həll etməyin vaxtıdır.

İnsanlarımızın təbiətə, kənd yerlərinə, doğma el-obalarına getməsi həm sağlamlıqlarının bərpası, həm də paytaxt Bakının, digər sənaye şəhərlərimizin yükünün azaldılması baxımından məqsədəuyğun olardı.

Onsuz da bu gün rayonlara gedənlərin sayı kifayət qədər çoxdur. Necə gedirlər, hansı yolla gedirlər, bilmirəm, amma gedirlər…

Əlbəttə, Operativ Qərargah bununla bağlı uyğun təlimatlar, müəyyən qaydalar hazırlamalıdır.

Vətəndaşlarımız isə həmin sənədlərdə nəzərdə tutulan əks-epidemik tədbirlər əsasında maneəsiz hərəkət etməlidirlər.

Zənnimcə, şəhərlərin çıxışındakı postlarda yolçuların temperaturlarının ölçülməsi, getdikləri məkanlarda- otellərdə, turist mərkəzlərində ənənəvi qoruyucu tədbirlərə ( maska,məsafə,gigiyena) əməl etmələrinə nəzarətin təşkili yetərlidir.

Nə qədər ki, yay bitməyib, günəş boldur, havalar xoşdur- vətəndaşlarımızın rayonlara, təbiətə yolunu açmaq lazımdır.

Mayis SƏFƏRLİ,

Sabiq deputat, Yurddaş Partiyasının sədri

Etikxeber.az

Read Previous

Mülkü qəsb olunan vətəndaş prezidentə-MÜRACİƏT ETDİ

Read Next

Akarla Güler-AZƏRBAYCANA GƏLDİ…-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir