“Nə təhsil naziri auditoriyada dərs deyəndi, nə də…” – MAHİRQIZI

“Hansısa struktura rəhbərlik eləmək üçün o sahənin mütəxəssisi olmaq vacib deyil. Bu, köhnə streotipdir”.

Etikxeber.az xəbər verir ki, bunu “APA-Holding”in prezidenti Vüsalə Mahirqızı deyib.

Onun qeyd etdiyinə görə,  nazir səlahiyyətindəki rəhbərin işi rahat mühit yaratmaq, sahədəki münasibətlər sistemini tənzimləmək, siyasi cəhətdən yüksək hazırlıqlı olmaq, bir sözlə, menecer kimi bacarıqlara, idarəetmə qabiliyyətinə malik olmaqdır.

“Yoxsa, nə təhsil naziri auditoriyada dərs deyəndi, nə də vergilər naziri uçot dərəcəsi hesablayan. Bu işlə məşğul olmaq üçün həmin strukturlarda minlərlə mütəxəssis var. Yetər ki, rəhbər o mütəxəssisin işləməsi üçün münbit, rahat mühiti təmin edə bilsin…”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Rafael Hüseynov Avropa Şurasında məruzəçi təyin edildi – FOTO

Read Next

” Yaxın günlərdə əməliyyat ediləcəm…” – ÜLVİYYƏ HƏSƏNQIZIDAN XƏBƏR VAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir