“Nənənin əlləri daim göylərə uzanırdı – bu yumaq nənə öz nəvəsi üçün, bütün əsgərlər üçün, Azərbaycanımız üçün dualar edirdi! Şükürlər edirdi bu günümüz üçün!”-JALƏ ƏLİYEVA YAZDI

Zərdabın Bıçaqçı kəndində keçirtdiyim səyyar qəbuldan sonra qazi Müsüzadə Sirus Azər oğlunu ziyarət etdik. Sirus 44 günlük müharibəmizin ilk günündən Zəfər günümüzə qədər döyüşlərdə iştirak edib. Yaralanan əsgər yoldaşlarını xilas edərkən çox sayda qəlpə yarası alıb. Əməliyyatdan dərhal sonra yenidən ön cəbhəyə yollanıb. Şuşaya qədər gedib çıxıb.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva deyib.

Qeyd edib ki, Qələbə xəbərimizin sevincini, coşqusunu ilk yaşayanlardan olan Sirus, bu gün də ordu sıralarında xidmətini davam etdirir. Şücaətlərinə görə ölkə Prezidenti tərəfindən üç medalla – “Şücaət” medalı, “Cəbrayılın müdafiəsinə görə”, “Şuşanın müdafiəsinə görə” medalları ilə təltif edilib.

“Qısa müddətli məzuniyyətini keçirtmək üçün gəldiyi doğma kəndində, qürurlu ata-anası, yumağa dönmüş ağbirçək nənəsi, kəndin ağsaqqal müəllimi olan babası ilə də tanış olduq. Ziyarətimiz boyu nənənin əlləri daim göylərə uzanırdı – bu yumaq nənə öz nəvəsi üçün, bütün əsgərlər üçün, Azərbaycanımız üçün dualar edirdi! Şükürlər edirdi bu günümüz üçün! Sirus özü isə böyük cəsarəti və qəhrəmanlığı ilə birlikdə hafizəmdə ədəbli, səliqəli, dürüst və yaraşıqlı bir gənc olaraq qaldı. Allah Sirusu və bütün igid qazilərimizi, müharibə iştirakçısı cəsur əsgərlərimizi qorusun! Amin! Sizinlə fəxr edirik, əsgər oğullar!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Əliyevlə Cinpin-NƏDƏN DANIŞDILAR?

Read Next

Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi-MƏSLƏHƏTLƏŞMƏLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir