Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdəli, Güloğlularlı, ailənin iki oğlan övladından biri, subay, ata nənəsi və bibisi Mehriban Nağıyeva tərəfindən böyüdülən İkinci Vətən Müharibəsi Şəhidi, bir neçə medallı Baloğlan Nağıyevin 29 yaşının tamam olması, Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün-29 oktyabr 2025-ci il tarixində, səhər saatlarında Bərdə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, 29 oktyabr 1996-cı il təvəllüdlü Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.
Qısa çıxışlar edilib.
Şəhidin Cənnətdəki beşinci doğum günü təbrik olunub, nənəsi və bibisi Mehriban xanıma Allahdan səbr və dözüm arzulanıb.
Sonda xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, Baloğlan Nağıyev 2020-ci ilin oktyabr ayının 25-də, 24 yaşında Bərdə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü olsun!
Nur içində yatsın!
16:40
***
FOTOLAR:




Kamil HƏMZƏOĞLU
Etikxeber.az





