Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Məhəmməd Zöhrab oğlu Allahverənovun Anım Günüdür.
19 oktyabr 2025-ci il tarixində Məhəmməd Allahverənovun Əbədiyyətə uğurlanmasından beş il keçir.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Çəmənli kənd qəbiristanlığında məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, Məhəmməd Allahverənov 1995-ci ilin sentyabr ayının 8-də Bərdə rayonunun Çəmənli kəndində, sadə bir ailədə dünyaya gəlib.
Adını keçmiş hərbçi-müharibə iştitrakçısı əmisi qoyub.
Ailənin üç övladından, üç qardaşdan biri, evin ortancılı olub.
Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.
Bir müddət qəssab işləyib.
İkinci Vətən Müharibəsinə yaxın həyatını yenidən Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsi zamanı isə şərəfli döyüş yolu 12 gün çəkib.
Oktyabrın 8-də Suqovuşan istiqamətində Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 11 gün sonra tapılıb və oktyabrın 19-da Çəmənli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla təltif olub.
O, həm də Çəmənlinin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Məhəmməd eyni zamanda, subay olub.
Məkanı cənnətlik olsun!
Nur içində uyusun!
FOTOLAR:

K.HƏMZƏOĞLU
Etikxeber.az





