Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboyun rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səməd Füzuli oğlu Rzayevin Anım Günüdür.
Səməd Rzayevin bu gün-30 noyabr 2024-cü il tarixində Əbədiyyətə uğurlanmasından dörd il ötür.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Səməd Rzayevin Səfikürd qəbiristanlığındakı Şəhidlər məzarlığında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Qısa çıxışlar olunub, 44 günlük tarixi İkinci Vətən Müharibəsindən, Səməd Rzayev də daxil olmaqla, Şəhidlərimizin İgidliyi və Qəhrəmanlığından bəhs olunub.
Şəhidin ailəsinə-anası Zərqələm xanıma və tək qardaşı-Bəxtiyara Allahdan səbr və dözüm arzulanıb.
Məzarını ziyarətdən sonra Səməd Rzayevin Tatarlı kəndində, ailəsinin yaşadığı evdə Anım Günü ilə əlaqədar mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar oxunub.
Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, doğmaları, kənd sakinləri, Goranboy, Naftalan, Bərdə və digər bölgələrdən olan Şəhid ailələri, hərbçilər, din xadimləri, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Tatarlı kəndindən olan Səməd Rzayev 1995-ci ilin 19 aprel tarixində sadə bir ailədə dünyaya gəlib.
Ailənin 3 övladından, 2 qardaşdan biri olub.
İllər öncə-2010-cu ildə atasını itirib, anası Zərqələm xanım onlara həm analıq, həm də atalıq edib.
Səməd Rzayev orta məktəbi bitirdikdən və hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsində hərbçi-MAXE kimi iştirak edib.
Müharibənin, qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Səmədin nəşini uzun müddət əldə etmək mümkün olmayıb.
Yalnız iki ay bir gündən sonra nəşi əldə edilib və noyabr ayının 30-da Səfikürd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Ancaq ailəsi-anası övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.
Səmədin Əbədiyyətə uğurlanmasından bir il keçməmiş isə tək və ailəli bacısı Əfsanə uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Bir ilin içində Rzayevlər ailəsi, Zərqələm xanım iki itki, iki acı, iki faciə yaşayıb.
Eyni zamanda, Şəhidin dayısının biri Birinci Qarabağ Savaşı Şəhidi, biri isə Birinci Vətən Müharibəsi Qazisidir.
Səməd həm də subay olub.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az