Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Ucarın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Namiq Qarakişi oğlu Qarayevin Anım Günüdür.
Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.
Düz bir il öncə-bu gün, 21 dekabr tarixində nəşi Ucarın Qazıqumlaq kənd qəbiristanlığında dəfn edilib.
Etikxeber.az xəbər verir ki, Namiq Qarayev 1979-cu ilin aprelin 21-də Ucar rayonunun Qazıqumlaq kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.
Ailədə 4 qardaş, 3 bacı olublar.
1985-1996-ci illərdə Qazıqumlaq kənd 1 saylı orta məktəbdə oxuyub.
1997-1999-cu illərdə Azərbaycan Ordusunun Əsgəri olaraq Gədəbəy rayonunda xidmət edib.
Atası Qarakişi Qarayev 28 sentyabr 2002-ci ildə vəfat etdikdən sonra Yevlax Dəmir yolu stansiyasında atasının yerinə işə götürülüb və orada işləyib.
18 oktyabr 2001-ci ildə həmkəndlisi Günel xanımla ailə qurub və 11 avqust 2002-ci il tarixində qız övladı-Şəlaləsi dünyaya gəlib.
Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb və 17 iyul 2017-ci ildə Şəmkir korpusunda MAXE kimi fəaliyyətə başlayıb.
İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də döyüşlərdə olub, Kəlbəcər-Murov istiqamətində döyüşlərdə iştirak edib.
Oktyabrın 2-də isə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.
Amma nəşini uzun müddət tapmaq mümkün olmayıb.
Yalnız 2 ay 19 gündən sonra, dekabr ayının 21-də nəşini əldə etmək mümkün olub və elə həmin gün Qazıqumlaq kənd qəbiristanlığında da torpağa tapşırılıb.
Ölümündən sonra isə bir neçə medalla təltif olunub.
***
Anım Günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq.
Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılacaq.
Mərasimdə ruhuna dualar oxunacaq.
Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, hərbçilər, Qazilər, din xadimləri, Ucar və digər bölgələrdən olan Şəhid ailələri iştirak edəcəklər.
Məqamı Uca, məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Allah ailəsinə səbr versin!
00:00
***
Bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Şəhidin ruhuna dualar edilib.
Ziyarətdə Şəhidin anası Şərqiyyə xanım, həyat yoldaşı və tək qızı, bacıları, yaxınları, kənd sakinləri, Ucardan olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Ucar rayon rəhbərliyi və məktəblilər iştirak ediblər.
İcra başçısı Mənsur Məmmədov Şəhidin anasına və ailə üzvləri bir daha başsağlığı verib, bir daha onlara Allahdan səbr diləyib.

Eyni zamanda, Şəhidin medallarından biri anası və ailəsinə təqdim edilib.
İcra başçısı həmçinin ziyarətə qatılan digər Şəhid ailələri ilə görüşüb, onlarla ayaqüstü söhbətləşib.
Ziyarət zamanı məktəblilər tərəfindən Şəhidə və Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidin məzarının izdihamlı ziyarəti bir saatdan çox davam edib.
Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə anım mərasimi keçirilib, adına ehsan verilib.
Mərasimdə də Şəhidin ailə üzvləri, qohumları, Ucar və Ağdaşdan olan Şəhid aiıləri, din xadimləri, Qazilər, kənd sakinləri iştirak ediblər.
Mərasimdə bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub, o cümlədən Namiq Qarayevin İgidliyindən, Qəhrəmanlığından bəhs olunub.
Anım mərasimi 3 saata yaxın davam edib.
14:45
***
FOTOLAR:





















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





