Nəşi 35 gündən sonra Əbədiyyətə uğurlanan, sabah Cənnətdəki beşinci doğum günü, 25 yaşı tamam olan-QƏBƏLƏLİ ADƏM HEYDƏROV…

Qəbələ rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Adəm İkram oğlu Heydərovun doğum günüdür.

Adəm Heydərovun sabah-26 mart 2025-ci il tarixində 25 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Sabah Şəhidin Onsuz doğum günü qeyd olunacaq.

Etikxeber.az xəbər verir ki, Adəm Heydərov 2000-ci ilin martın 26-da Qəbələ rayonunun Bum kəndində dünyaya gəlib.

Ailədə 3 övlad-bir bacı, iki qardaş olublar.

Adəm evin-ailənin sonbeşiyi, qardaş və bacısı ilə arasında 7-8 yaş fərqi olub.

2006-2007-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan bir müddət sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq, yenidən ailəsinə dönüb.

İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub.

Sentyabrın 29-dan oktyabrın 13-cən Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlərdə iştirak edib.

 Oktyabrın 13-də  isə Ağdərə istiqamətində ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 35 gündən sonra əldə edilib və noyabr ayının 17-də doğulub boya-başa çatdığı Bum kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Adəm həm də Bumun iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

O, eyni zamanda, İkinci Qarabağ Savaşında qəhrəmancasına Şəhid olan üç Adəmdən biridir.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ancaq valideynləri övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Adəm həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki beçinci doğum günü, 25 yaşı mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu ərazilərə qar yağıb-FAKTİKİ HAVA

Read Next

Sabah Cənnətdəki ikinci doğum günü, 23 yaşı tamam olan-HƏM XAÇMAZLI, HƏM DƏ ŞAMAXILI ANTİTERROR ŞƏHİDİ SƏBUHİ MƏHBUB OĞLU HÜSEYNOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir