Nəşi 35 gündən sonra Əbədiyyətə uğurlanan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VEYİS İSMAYILOVUN BU GÜN ANIM GÜNÜDÜR – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün əslən Yevlax rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Veys Əflatun oğlu İsmayılovun Anım Günüdür.

Veyis İsmayılovun Əbədiyyətə uğurlanmasından üç il ötür.

Amın Günü ilə bağlı bu gün saat 11:00 radələrində Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Şəhidin məzarı ziyarət olunub.

Bir saata yaxın davam edən ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məzarını ziyarətdən sonra Zabrat qəsəbəsində-Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar olunub, ailəsinə bir daha Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Veyis İsmayılov 1996-ci il fevralın 23-də Yevlax rayonunda dünyaya gəlib, ailənin bir neçə övladından biri və evin sonbeşiyi olub.

Əvvəlcə Yevlaxda 9 saylı orta məktəbdə təhsil almağa başlayıb, sonra-2006-cı ildə isə ailəsi ilə birlikdə Bakıya gələrək təhsilini Zabrat qəsəbəsi 307 saylı orta məktəbdə davam etdirib.

2014-cü ildə Qazax rayonunda hərbi xidmətdə olub.

İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub və oktyabrın 13-də Suqovuşan istiqamətində ayağından qəlpə yarası alaraq, qanitirmədən Şəhid olub.

Anası nəşi 35 gündən sonra Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

12:58

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Read Next

“Bu, ölkəmizə qarşı irəli sürülən bütün ittihamları mahiyyətcə əsassız edir…”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir