Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Baş leytenant Ramil Taqət oğlu Babayevin doğum günüdür.
Ramil Babayevin bu gün-12 dekabr 2024-cü il tarixində 33 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günüdür.
Bu gün Ramil Babayevin Onsuz doğum günü qeyd olunur.
Etikxeber.az-ın xəbərinə görə, 1991-ci ilin dekabr ayının 12-də dünyaya gələn Ramil Babayev evin-ailənin dörd övladından biri olub.
Ailədə 2 qardaş, 2 bacı olublar.
O, 15 yaşında, 9-cu sinfi bitirdikdən sonra həyatını hərblə bağlayıb.
Əvvəlçə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib, sonra Hərbi Akademiyaya (Heydər Əliyev adına Ali Hərbi Məktəbə) daxil olub və oranı başa vurub.
2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub.
Baş leytenant (Kapitan) hərbi rütbəsini daşıyıb.
İkinci Vətən Müharibəsi başlayan zaman isə Murovdağ istiqamətində döyüşlərdə olub və müharibənin 3-cü günündə, sentyabrın 29-da Şəhadətinə qovuşub.
Ancaq nəşini düz 4 ay iki gündən sonra əldə etmək mümkün olub.
2021-ci ilin yanvarın 31-də Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 3 medalla-“İgidliyə görə”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə ilə təltif olunub.
Ramil Babayev həm də ailəli, iki övlad-bir qız və bir oğlan atası olub.
Ad və soyadını daşıyan oğlu-balaca Ramil Babazadə Şəhidin dəfnindən 14 gün öncə dünyaya gəlib.
Həmçinin, İkinci Vətən Müharibəsində Ramil Babayevin iki tələbə, iki otaq yoldaşı və iki dostu – Şabranlı Tərlan, İmişlili Cavid də Şəhid olub, Şəhidlik məqamına ucalıblar.
Adını daşıyan küçə var.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 33 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az