Nəşi 4 ay 25 gündən sonra Əbədiyyətə uğurlanan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, POLKOVNİK-LEYTENANT YAŞAR SADIQOVUN ANIM GÜNÜDÜR…

İkinci Vətən Müharibəsi Şəhidlərindən Yaşar Füzuli oğlu Sadıqovun Anım Günüdür.

Bu gün-27 fevral 2026-cı il tarixində Yaşar Sadıqovun Əbədiyyətə uğurlanmasından beş il keçir.

Etikxeber.az xəbər verir ki, əslən Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan Yaşar Sadıqov 1975-ci ilin avqust ayının 10-da dünyaya gəlib.

Ailənin beş övladından, dörd qardaşdan biri olub.

Ali hərbi təhsilli, peşəkar hərbçi olub.

Polkovnik-leytenant hərbi rütbəsinəcən yüksəlib.

1999-cu ildə Əfsanə Sadıqova ilə ailə həyatı qurub.

2001-ci ildə ali təhsilli qızı Əsli, 2002-ci ildə ali təhsilli oğlu Xanış dünyaya gəlib.

2016-cı il Aprel döyüşlərinin iştirakçısı olan Yaşar Sadıqov səhhətində bəzi problemlər olmasına rəğmən ilk gündən, ilk saniyələrdən İkinci Vətən Müharibəsi qatılıb.

Şərəfli döyüş yolu 6 gün çəkib.

Oktyabrın 2-də Kəlbəcər-Murovdağ istiqamətində qəhrəmancasına Şəhid olub.

Amma nəşi düz 4 ay 24 gündən sonra, 2021-ci ilin fevralın 26-da əldə edilib.

Nəşi 27 fevral 2021-ci il tarixində Həbri Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla, o cümlədən 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Şəhidin 1977-ci il təvəllüdlü qardaşı Rəşad Sadıqov qardaş itkisinə dözməyərək, 2023-cü ilin oktyabr ayının 10-da, cəmi 46 yaşında dünyasını dəyişib.

Eyni zamanda, hər iki övlad-oğul itkisinə ürəyi tab gətirməyən ataları Füzuli Sadıqov da vəfat edib.

Füzuli Sadıqov 2024-cü ilin ilin əvvəllərində, 70 yaşında dünyasını dəyişib.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bu yollarda yenə sıxlıq və tıxacdır-BAKIDA

Read Next

Sulu qar, qar yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir