Nəşi 54 gündən sonra torpağa tapşırılan, ailənin tək və subay oğlu-RÜSTƏM MƏMMƏDOVUN ANIM GÜNÜNDƏ MƏZARI OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (7)

Bu gün əslən Göyçaylı olan Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidi Rüstəm Məmmədovun Anım Günüdür.

Bu gün Şəhidin torpağa tapşırıldığı, Əbədiyyətə uğurlandığı gündür.

Bir il öncə-bu gün Rüstəm Məmmədovun nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Etikxeber.az xəbər verir ki, evin-ailənin iki övladından biri və tək oğlu olan Rüstəm Məmmədov 1998-ci ilin avqustun 10-unda anadan olub.

Rüstəm orta məktəbi qurtardıqdan sonra Sumqayıtda hərbi xidmət keçib, əsgərlikdən sonra isə müxtəlif yerlərdə çalışıb.

İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən Ordu ilə, hərblə bağlayıb, MAXE kimi, qulluğa başlayıb, sentyabrın 27-sindən də döyüşlərə atılıb.

Qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-unda Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə Şəhid olub.

Amma uzun müddət onun nəşini götürmək mümkün olmayıb.

Yalnız noyabrın 22-sində nəşini əldə etmək mümkün olub və nəşi elə həmin gün Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rüstəm həm də subay olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarının ziyarəti olacaq.

Ziyarətdə Şəhidin anası, bacısı, yaxınları, Mingəçevirdən və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anları, şəhər sakinləri, Qazilər, hərbçilər iştirak edəcəklər.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhuna dualar oxunacaq.

Ziyarətdən sonra, saat 12:00-da isə “Samux” restoranında anım mərasim keçiriləcək, ehsan süfrəsi açılacaq.

00:00

***

Bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, Mingəçevir sakinləri, Mingəçevir, Göyçay. Yevlax və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, Göyçay rayon rəhbərliyi və başqa şəxslər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb və əklil qoyulub, ruhuna dualar olunub, çıxışlar edilib.

Ziyarətə qatılan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Şəhidin ailəsinə başsağlığı verib, onlara Allahdan rəhmət diləyib, Rüstəm Məmmədov və bütün Şəhidlərlə Fəxr edildiyini bildirib.

Bir saat davam edən ziyarətdən sonra “Samux” şadlıq sarayında anım mərasimi başlayıb.

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

ANIM MƏRASİMİ…

12:00

***

GƏLƏCƏYİMİZ OLAN MƏKTƏBLİLƏR VƏ ŞƏHİD ANALARI, QƏHRƏMAN ANALAR…

12:35

***

QƏHRƏMAN ANALAR, QƏHRƏMAN ATALAR…

12:50

***

DƏRD VƏ QÜRUR ORTAQLARI… ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏRİMİZ…

ŞƏHİD BACISI…

DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ…

13:11

***

Anım mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Mərasimdə Göyçayın icra başçısı M. Səlimzadə çıxış edərək, Şəhidlə bağlı fikirlərini səsləndirib.

Qeyd edib ki, məhz Rüstəm kimi Oğulların sayəsində Qələbə və Zəfər əldə olunub.

Qələbə və Zəfərimizə görə, Ali Baş Komandan başda olmaqla, Rüstəmlərə, Şəhidlərimizə borclu və minnətdarıq.

O, bir daha Şəhidin ailəsinə, anası və tək bacısına səbr diləyib.

Sonra Şəhidlə bağlı qısa film nümayiş etdirilib.

13:40

***

ANALAR…CƏNNƏT ANALAR…ANALAR, YANAR AĞLAR…

14:04

***

SÖZÜN BİTDİYİ YER…

14:21

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MN Ermənistan mediasının yaydığı məlumatı-TƏKZİB ETDİ

Read Next

Prokurorluq Laçında minaya düşən “Azərişıq” ASC-nin əməkdaşı ilə bağlı-MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir