Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Şamaxılı, Nərimankəndli, özü isə Bakının Qaradağ rayonunun Şonqar qəsəbəsindən olan İkinci Vətən Müharibəsi Şəhidi Ağamirzə Ağabəy oğlu Gülməliyevin doğum günüdür.
Evin dörd övladından, iki qardaşdan biri, ailənin sonbeşiyi, 2 aprel 2002-ci il təvəllüdlü və subay olan Şəhidin bu gün 24 yaşı tamam olur.ş
Cəmi 18 yaşında, 2020-ci ilin 5 oktyabr tarixində Tərtər-Ağdərə-Suqovuşan istiqamətində Şəhadətə qovuşan, nəşi 57 gündən sonra tapılan və Əbədiyyətə uğurlanan üç medallı Ağamirzə Gülməliyevin həm də Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, cəmi 3 ayın Əsgəri olan Ağamirzə Gülməliyev axırıncı dəfə ailəsi ilə 2020-ci ilin oktyabrın 3-də danışıb.
Ailəsinə oktyabrın 5-də Şəhid olduğu xəbəri verilib.

Nəşi isə uzin müddətdən sonra-2020-ci ilin dekabrın 2-də tapılıb, ailəsinə təhvil verilib və Əbədiyyətə uğurlanıb.
O, həm də Şonqarın iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
K.HƏMZƏOĞLU
Etikxeber.az





