“Təbriz hələ uşaq yaşlarından vətənpərvər idi…”-Nəşi 6 aydan sonra tapılan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TƏBRİZ CƏFƏROVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Əslən Ağdərəli və Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz İlqar oğlu Cəfərovun Anım Günüdür.

Nəşi aylar sonra tapılan Təbriz Cəfərovun bu gün-6 aprel 2026-cı il tarixində Əbədiyyətə uğurlanmasından beş il keçir.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Bərdə Şəhidlər Xiyabanındakı məzarı ziyarət oilunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib, Şəhidin cəmi25 illik qısa, lakin şərəfli ömür, döyüş yoluna nəzər salınıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin Anım Günündə-məzarını ziyarətdə ailə üzvləri, yaxınları, Bərdəli Şəhid ailələri, Qazilər, din xadimləri və digərləri iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, Təbriz Cəfərov 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda sadə, kasıb bir ailədə dünyaya gəlib.

Ailənin beş övladından, üç qardaşdan biri olub.

Bacılarıqardaşları ailəlidir.

Orta təhsilini aldıqdan sonra 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin 19 avqust tarixindən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu-MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsi zamanı isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Müharibənin ilk günlərində Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Ancaq Onun nəşini uzun müddət əldə etmək mümkün olmayıb.

Nəşi yalnız 6 aydan sonra, 2021-ci ilin aprel ayında tapılıb və 6 aprel tarixində Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Təbriz həm də subay olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

12:20

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Fizuli Məmmədov da daxil olmaqla, cəmi Şəhidlərimizlə Fəxr edir, Qürur duyuruq…Hər zaman onlara borcluyuq…”-BU SÖZLƏR SAMUXLU ANTİTERROR ŞƏHİDİ, İKİ QIZ ÖVLADI VƏTƏNƏ ƏMANƏT FİZULİ MƏMMƏDOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ İLƏ BAĞLI TƏŞKİL EDİLƏN MƏCLİSDƏ DİLƏ GƏTİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir