Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun Cəyirli kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səid Həsən oğlu Ədilovun doğum günüdür.
Bu gün Səid Ədilovun 29 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.
Ziyarətdə Səid Ədilovun ailə üzvləri-anası Əzizə xanım, atası Həsən kişi, tək bacısı Nərmin xanım, Şəhidin yaxınları, Şəhid ailələri, Qazilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.
Şəhidin məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, qısa çıxışlar olunacaq, sonra adına çay-ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, 1994-cü ilin noyabın 5-də Bərdənin Cəyirli kəndində-sadə bir ailədə dünyaya gələn Səid Ədilov İkinci Vətən Müharibəsinin ilk günlərində, oktyabrın 2-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Lakin nəşi uzun müddət tapılmayıb, yalnız 61 gündən sonra əldə edilib və elə həmin gün, 3 dekabr 2020-ci il tarixində Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra medallarla təltif edilib.
Ailəsi isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Səid həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





