Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ərzuman Osmanovun Anım Günüdür.
Ərzuman Osmanovun sabah-10 dekabr 2024-cü il tarixində torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından dörd il keçir.
Etikxeber.az-ın xəbırinə görə, Ərzuman Kamran oğlu Osmanov 1990-cı ilin dekabr ayının 25-də dünyaya gəlib.
Ailənin dörd övladından biri olub.
O, həm də subay idi.
1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.
İkinci Vətən Müharibəsi zamanı Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.
Döyüş yolu cəmi 5 gün çəkib.
Ağır döyüşlərdən birində-oktyabrın 1-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi uzun müddət tapılmayıb, yalınız 69 gündən sonra ailəsinə təhvil verilib.
2020-ci ilin dekabr ayının 10-da, 30 yaşının tamam olmasına 15 gün qalmış Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra medallarla təltif olunub.
Ailəsi, valideynləri isə övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU
Etikxeber.az