“Ağlamayın, başınızı dik tutun…”-Radə Qurbanova – Nəşi 8 ay 10 gün sonra torpağa tapşırılan-ŞƏHİD ƏKBƏR MƏSİMOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ – ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİM KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB

İkinci Vətən Müharibəsinin ilk günündə, 2020-ci ilin sentyabrın 27-də Şəhid olan və nəşi 8 ay 10 gün sonra, bu ilin iyun ayının 7-də torpağa tapşırılan kəşfiyyatçı Əkbər Yunus oğlu Məsimovun doğum günüdür.

Bu gün, 5 oktyabr tarixində onun 27 yaşı taman olur və bu, Şəhid Əkbər Məsimovun Cənnətdəki ilk ad günüdür.

Torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından sonra Cənnətdəki ilk ad günündə, mövludunda Əkbər Məsimovun adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq.

Etikxeber.az xəbər verir ki, Əkbər Məsimov 1994-cü ilin oktyabr ayının 5-də Ağdaş rayonunun Qaradeyin kəndində sadə bir ailədə anadan olub.

Ailədə üç uşaq, bir bacı, iki qardaş olublar.

O,2001-ci ildə Vidadi Əzizov adına tam orta məktəbin birinci sinfinə gedib və 2012-ci ildə həmin məktəbi bitirib.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2014-ci ildə hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə qulluq edib.

2016-cı ildə Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb və yenidən həyatını, taleyini Ordu, hərb ilə bağlayıb.

2017-ci ildən Orduda MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

MAXE kimi də dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə mükafatlandırılıb.

2020-ci ilin İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərdə olub.

Müharibənin elə günündə, 27 sentyabr tarixində də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq ailəsi uzun müddət ondan xəbər ala bilməyib, Şəhidliyi xəbəri çox sonralar ailəsinə deyilib.

Nəşi də düz 8 ay 7 gündən sonra, bu ilin iyun ayının 4-də tapılıb və bu haqda həmin gün ailəsinə xəbər verilib.

İyunun 7-də isə nəşi Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”  “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Qeyd etdiyimiz kimi, bu gün Şəhidimizin Cənnətdəki ilk ad günü ilə bağlı adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq və açılışdan sonra mərasim keçiriləcək.

Açılış və mərasimdə Şəhidin anası, bacısı, yaxınları, Şəhid ailələri və digərləri iştirak edəcəklər.

Açılış mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək və sonra bulağın açılışı olacaq.

Cənnətdəki ilk ad günü, mövludu mübarək, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

00:00

***

Saat 10:00…

Ağdaşda, Qaradeyindəyəm…

Yolda təsadüfən Mingəçevirdən olan və Şəhidimizin Cənnətdəki ilk ad gününə, “Şəhid bulağı”nın açılışına gələn yaxın qohumlarının maşınına əyləşirəm. yol boyu söhbətləşirəm və onlarla birlikdə Əkbər Məsimovgilə gəlirəm…

Şəhidimizin anası, bacısı və nişanlısına başsağlığı verir, onlara Allahadan səbr diləyir, “Şəhidimizin Cənnətdəki ilk ad günü mübarək, məkanı cənnətlik olsun!”-deyirəm…

Sonra, saat 11:00-da Şəhidimizin yaşadığı evin yaxınlığında “Şəhid bulağı”nın açılışı başlayır…

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, qonşuları, kənd sakinləri, hərbçi-döyüşçü yoldaşları, Bərdə, Ucar və Mingəçevirdən olabn Şəhid ailələri, Qazilər, məktəblilər, din xadimləri, Ağdaş rayon İcra Hakimiyyətinin məsul şəsxləri və digər şəxslər iştirak edirlər…

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, Dövlət himni səsləndirilir…

Sonra çıxışlar başlayır…

Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini, şöbə müdiri, Şəhidin döyüşçü-hərbçi yoldaşları, müəllimi, din xadimləri, Şəhid anaları-Radə xanım, Saqibət xanım və Şərqiyyə xanım, Şəhid atası Kamran kişi çıxış edirlər…

Şəhidin ailəsinə səbr diləyir, Şəhidlərimizlə Fəxr etdiklərini bildirirlər…

Şəhid Xudayar Yusifzadənin anası Radə xanım Şəhid analarını başlarını dik tutmağa səsləyir…

“İstər bu günn mövluduna, “Şəhid bulağı”nın açılışına yığışdığımız Şəhid balamız Əkbər Məsimovun anasından, istərsə də digər Şəhidlərimizin analarından xahiş edirəm ki, başlarını aşağı əyməsinlər, dik, uca tutsunlar…Ağlamasınlar…Xüsusilə, belə təbdirlərdə, çəkilşlərdə göz yaşları tökməsinlər…Çünki düşmən də bizə baxır…İstəmirəm ki, onlar bizim Şəhid analarının göz yaşlarını görsünlər və artıq-əskik sözlər yazsınlar…Bütün Şəhid anaları başlarını dik, uca tutmalıdırlar…Çünki sizlər canlarını Vətən uğrunda fəda etmiş oğulların, Qələbə və Zəfər Şəhidlərinin Qəhrəman analarsınız…”-deyə, o, əlavə edir…

Məktəblilərin ifasında Şəhidə, Şəhidlərimizə, Vətənə həsr olunmuş şeirlər səsləndirilir…

Şəhidin anası mərasim iştirakçılarına ailəsi adından minnətdarlığını bildirir, onları belə bir gündə, yağışlı, soyuq havada tək buraxmadıqları üçün hər kəsə təşəkkürünü ifadə edir…

Sonra digər Şəhid anaları ilə birlikdə “Şəhid bulağı”nın açılışını edir…

Açılış mərasimindən sonra Şəhidin Qaradeyin qəbirstanlığındakı məzarı ziyarət olunur…

Çox təsirli, kövrək anlar yaşanır…

Təxminən 2 saata yaxın davam edən açılışdan və ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə-həyətdə mərasim başlayır…

Mərasimdə Şəhidin, cəmi Şəhidlərin ruhlarına dualar edilir…

Daha sonra Şəhidin adına ehsan süfrəsi açılır…

Mərasimi isə təxminən 3 saata yaxın davam edir…

16:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon-MANAT AYRILDI

Read Next

Daha 826 yeni yoluxma-DAHA 15 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir