Nəşi 8 aydan sonra tapılan Gəncəli İkinci Vətən Müharibəsi Şəhidləri-ELVİN MUSTAFAYEVLƏ ORXAN YUSUBOVUN BU GÜN ANIM GÜNLƏRİDİR…

Bu gün Gəncə şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidləri Orxan Allahverdi oğlu Yusubov və Elməddin Faxrəddin oğlu Mustafayevin Anım günləridir.

Hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından üç il keçir.

Orxan Yusubovun nəşi 8 ay 4 gündən, Elvin Mustafayevin nəşi isə 8 ay 2 gündən sonra tapılıb.

Orxan Yusubov 2020-ci ilin sentyabr ayının 30-da, Elvin Mustafayev 2020-ci ilin oktyabr ayının 2-də Murov-Kəlbəcər istiqamətində Şəhidlik məqamına ucalıb.

Hər iki Şəhid 2021-ci ilin iyun ayının 4-də Gəncə şəhərində yerləşən Səbiskar qəbiristanlığında Əbədiyyətə uğurlanıblar.

Etikxeber.az xəbər verir ki, əslən Samuxlu, Qarabağlarlı olan Orxan Yusubov 1992-ci ilin yanvar ayının 19-da, əslən Daşkəsənli olan Elvin Mustafayev isə 1992-ci ilin 14 mart tarixində dünyaya gəlib.

Ailənin iki oğlan övladından biri və texnikum təhsilli olan Orxan Yusubov subay idi.

Texnikum təhsilli olan Elvin Mustafayev isə ailəli olub, üç övladı Vətənə əmanət qalıb.

Orxan Yusubov İkinci Vətən Müharibəsində könüllü, Elvin Mustafayev isə MAXE kimi iştirak edib.

Qeyd edək ki, Elvin Mustafayevin əmisi Faiq Mustafayev də Şəhiddir, o, Birinci Qarabağ Savaşı zamanı Şəhidlik məqamına ucalıb.

Məkanları cənnətlik, ruhları şad olsun!

Ruhları qarşısında baş əyirik!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Atası rəhmətə gedəndə cəmi 16 yaşı var idi…Atasından sonra evin bütün yükü, çətinliyi onun çiyinlərinə düşmüşdü…”-LƏNKƏRANLI, ŞİLƏVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, SUBAY, DÖRD MEDALLI MİRMƏHƏMMƏDƏLİ RZAZADƏNİN ANASI GÜLBƏNİZ RZAZADƏ – FOTOLAR

Read Next

“Bir zamanlar özüm Şəhid ailələrini ziyarət edirdim, bu gün isə bir Şəhid ailəsi kimi bizim ocağı ziyarət edirlər…”-LƏNKƏRANLI, ŞİLƏVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, DÖRD MEDALLI İMAMƏLİ ŞƏFƏQQƏT OĞLU ƏHƏDZADƏNİN ANASI RƏSMİYYƏ ŞÜKÜROVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir