Nəşi 9 aydan sonra tapılan, Əbədiyyətə uğurlanmasından 4 il keçən VƏ BU GÜN ANIM GÜNÜ OLAN GORANBOYLU ŞƏHİD ELMƏDDİN HƏSRƏTOV, “SƏNDƏN ÖTRÜ ÇOX DARIXIRAM, ÇOX…NİYƏ ANANI GÖZLƏRİ YAŞLI QOYUB GETDİN?…SƏNƏ ÇOX EHTİYACIM VAR, ÇOX…”-SİMUZƏR MUSTAFAYEVA – FOTOLAR YENİLƏNİB – (2)

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Sərdar oğlu Həsrətovun Anım Günüdür.

Bu gün-27 iyun 2025-ci il tarixində Elməddin Həsrətovun Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Nəşi təxminən 9 aydan sonra tapılan Elməddin Həsrətov 2021-ci ilin iyun ayının 27-də Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq, sonra ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, Elməddin Həsrətov 1997-ci ilin may ayının 21-də Qarasuçu kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailədə üç övlad, iki qardaş, bir bacı olublar.

Atalarını illər öncə-2013-cü ildə itiriblər.

Anaları Simuzər xanım o vaxtdan onlara həm analıq, həm də atalıq edib.

Tək bacıları hazırda ailəlidir.

Elməddin orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə yollanıb.

Əsgərlikdən qayıtdıqdan bir müddət sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

Atasının vəfatından sonra ailənin yeganə qazanc gətirəni Elməddin olub.

O, İkinci Vətən Müharibəsində MAXE kimi iştirak edib.

Müharibənin ilk günlərində (məlumatlara görə oktyabrın 2-də) isə Murovdağ istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi təxminən 9 aydan sonra əldə edilib və 2021-ci ilin 27 iyun tarixində dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

08:12

***

Anın Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Ailəsinə-anası Simuzər xanıma Allahdan səbr və dözüm arzulanıb.

Anası Simuzər xanımın göz yaşları içində dediklərindən:

“Bala, gör nə qədər qonaqların gəlib…Dur, onları özün qarşıla…Sən qonaq sevən idin…Hər gün Sənin yolunu gözləyirəm…Hər gün deyirəm ki, Elməddinim bu dəqiqə gələr, bu saat gələr…Gəl çıx bala…Yolunu gözləməkdən yoruldum…Səndən ötrü çox darıxıram bala, çox…Niyə ananı, bizləri gözləri yaşlı qoyub getdin?…Hamımızın Sənə ehtiyacı var, bala…”

Məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə-ata ocağında adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar oxunub.

Məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində Şəhidin ailə üzvləri, doğmaları, kənd sakinləri, Bərdəli Şəhid ailələri, Qazilər, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

14:30

***

FOTOLAR:

14:55

***

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“İranla İsrail arasında gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün yaydıqları şayiələr tamamilə cəfəngiyyatdır”-İLHAM ƏLİYEV BUNU İRANIN YENİ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDƏRKƏN SÖYLƏDİ – FOTO

Read Next

Yekaterinburqda azərbaycanlılara qarşı hücumlarla əlaqədar XİN bəyanat verdi, Rusiya səfirliyinin müvəqqəti işlər vəkili-XİN-Ə ÇAĞIRILDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir