Nəşi bir il səkkiz gündən sonra Əbədiyyətə uğurlanan-QAZİ OĞLU VƏ QAZİ QARDAŞI, GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ İXTİYAR ƏLİYEVİN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, BU GÜN ONUN 29 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İxtiyar İlqar oğlu Əliyevin bu gün doğum günüdür.

İxtiyar Əliyevin bu gün 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, İxtiyar Əliyev 1994-cü ilin iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində sadə bir ailədə-Əliyevlər ailəsində dünyaya gəlib.

Ailədə 3 uşaq, 3 qardaş olublar.

İxtiyar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və həyatını da Ordu, hərb ilə bağlayıb.

Aprel döyüşlərinin iştirakçılarından olub.

Eyni zamanda, Azərbaycan Orsusunun Giziri olaraq, İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə qatılıb.

Tərtər-Ağdərədən, Suqovuşandan Murov yüksəkliyinə qədər döyüş yolu keçib.

Oktyabrın 3-də ağır döyüşlərin birində yaralanan İxtiyar Əliyev xəstəxanada həkimlərə 1 gün belə qala bilməyəcəyini deyərək yenidən döyüşə yollanıb.

Atası İlqar Əliyev oğlu ilə sonuncu dəfə 2020-ci ilin 4 oktyabrında görüşüb.

Döyüş yolu 10 gün çəkən İxtiyar Əliyev 2020-ci ilin oktyabr ayının 6-da Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdən birində birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Lakin onun nəşini uzun müddət əldə etmək mümükün olmayıb.

Nəşi yalınız bir il bir həftədən sonra, 2021-ci ilin oktyabrın 13-də tapılaraq, ailəsinə təhvil verilib və bir gün sonra, 14 oktyabr 2021-cil tarixində Goranlı kənd qəbiristanlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb.

İxtiyar Şəhidliyindən əvvəl 7 medalla təltif olunub.

Şəhidliyindən sonra isə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları   3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhidin digər qardaşı-Qazi Bəxtiyar İlqaroğlu Əliyev isə sağ ayağından amputasiya olunub.

Atası İlqar Əliyev də müharibə iştirakçısı olub, Birinci Qarabağ Savaşının veteranıdır.

O, həm də Goranlı kəndinin yeganə Şəhididir.

İxtiyar eyni zamanda, ailəli olub, xalası qızı ilə ailə həyatı qurub.

Goranlı kəndindəki küçələrdən biri Onun adını daşıyır.

***

Cənnətdəki ikinci doğum günü, 29 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib.

Məzarını ziyarətdə Şəhidin valideynləri, yaxınları, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, Goranboy rayon İcra Hakimiyyətinin məsul nümayəndələri və digər şəxslər iştirak ediblər.

Ziyarətdən sonra Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı ata ocağında mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, bir daha ruhuna dualar oxunub, çıxışlar edilib, şeirlər səsləndirilib.

Çıxışlarda İxtiyar Əliyevin bir daha şərəfli həyat və döyüş yolundan bəhs olunub, bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Məclisdə həmçinin, Şəhidin adına hazırlanmış tort kəsilib.

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

12:59

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

39 müntəzəm marşrut xətti üzrə 126 avtobusun hərəkət intervalında gecikmələr var-BNA

Read Next

Ağdam Şəhidlərinə həsr olunmuş “Vətən Müharibəsinin Ağdam Şəhidləri” kitabının-TƏQDİMATI OLDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir