Nəşi dörd ay yarımdan sonra Əbədiyyətə uğurlanan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ BƏXTİYAR ASLANOVUN CƏNNƏTDƏKİ DOĞUM GÜNÜNDƏ, 25 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, NAFTALAN ŞƏHƏRİNDƏ TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Naftalan şəhərinin (həm də Şuşa şəhəri və Goranboy rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Bəxtiyar İlqar oğlu Aslanovun doğum günüdür.

Bəxtiyar Aslanovun bu gün 25 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü (üçüncü) doğum günü, mövlududur.

Cənnətdəki növbəti doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar olunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Şəhidin Cənnətdəki növbəti doğum günü ilə bağlı tədbir düzənlənib.

Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Şəhidlə bağlı videoçarx nümayiş etdirilib, bir daha ruhuna dualar edilib, bir daha çıxışlar olunub, bir daha məktəblilər tərəfindən şeirlər səsləndirilib, kompozisiya nümayiş etdirilib.

Çıxışlarda Şəhidin qısa, lakin şərəfli həyat və döyüş yolundan danışılıb, Cənnətdəki növbəti doğum günü təbrik olunub, anası Tünzalə Zöhrabovaya və tək bacısına Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin anası Tünzalə Zöhrabova da ziyarət və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Övlad itkisinin çox ağır bir dərd olduğunu deyən Tünzalə xanım eyni zamanda, Qələbə, Zəfər Şəhidi olan oğlu ilə Fəxr etdiyini, Qürur duyduğunu dilə gətirib.

Tədbirdə eyni zamanda, Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar ifa olunub.

Çox kövrək, çox təsirli, çox duyğulu anlar yaşanıb.

Tədbir iştirakçıları, Şəhid ailələri zaman-zaman göz yaşlarına hakim ola bilməyiblər.

Tədbir iki saatdan çox davam edib.

Tədbirdən sonra isə “Palma” restoranında Şəhidin adına ehsan süfrəsi açılıb.

Şəhidin məzarını ziyarətdə, Cənnətdəki növbəti doğum günü ilə bağlı düzənlənən tədbirdə və ehsan süfrəsində ailə üzvləri, Naftalan və Goranboylu Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, müəllim və məktəblilər, yerli ziyalılar, Naftalan və Şuşa şəhər İcra hakimiyyətlərinin məsul şəxsləri iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, anası Şuşalı, atası Goranboylu olan Bəxtiyar Aslanov 1998-ci ilin dekabr ayının 28-də Naftalan şəhərində dünyaya gəlib.

Evin-ailənin iki övladından biri, tək oğlu olub.

Bəxtiyar Aslanov İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub.

Ancaq müharibənin elə ilk günlərindən ondan xəbər almaq mümkün olmayıb.

Axırıncı dəfə anası-musiqi müəllimi Tünzalə Zöhrabova ilə danışıb, ondan sonra-sentyabrın sonlarından Bəxtiyar Aslanovdan heç bir xəbər çıxmayıb.

Şəhidliyi yalnız dörd ay yarım sonra təsdiqlənib və nəşi 2021-ci ilin 13 fevral tarixində, səhər saatlarında doğulub boya-başa çatdığı Naftalana şəhərinə gətirilib.

Ancaq anasının arzusu ilə nəşi Naftalanda deyil, Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Bəxtiyar həm də subay olub.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki doğum günü, 25 yaşı mübarək olsun!

Nur içində yatsın!

13:37

***

FOTOLAR:

16:37

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ceyhun Bayramov Qarabağ separatçılarının sonuncu rəhbərini Ostap Benderə-BƏNZƏTDİ

Read Next

Sıxlıq və tıxac olan yollar-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir