Nəşi iki ay 12 gündən sonra Əbədiyyətə uğurlanan, iki gün sonra Anım Günü olan Şəhid Ələddin Xəlilov, ailənin tək oğlu, iki bacının tək qardaşı Şəhid Pünhan Abbasov və QOBUSTANLI ANTİTERROR ŞƏHİDİ ƏRZULLA HƏSƏNLİ… – FOTOLAR

11 dekabr 2024-cü il tarixində, axşam saatlarında cəmi iki gün sonra Anım Günü olan əslən Şamaxılı, özü isə Qaradağlı, Qobustanlı İkinci Vətən Müharibəsi Şəhidi Ələddin Əlizaman oğlu Xəlilovun ailəsini, ocağını ziyarət etdim…

Qeyd edim ki, bu, son bir ildə Şəhidimizin ocağını, ailəsini ikinci ziyarətim idi…

Ailənin üç övladından, iki qardaşdan biri, evin böyük oğlu, subay, cəmi 19 yaşlı İkinci Vətən Müharibəsi Şəhidi, nəşi iki ay 12 gündən sonra Qobustan qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanan Ələddin Xəlilovun 13 dekabr 2024-cü il tarixində Əbədiyyətə uğurlanmasından dörd il ötür…

Ziyarət zamanı qarşıdan gələn Anım Günü ilə bağlı Şəhidimizin ailəsinə-valideynləri Elnarə xanıma və atası Əlizaman Xəlilova Allahdan səbr dilədim…

Bir daha “Şəhidimizin məkanı cənnətlik, dərgahı mübarək olsun!”-dedim…

Bir daha müqəddəs ruhu qarşısında baş əydiyimi bildirdim…

Bir daha Ələddin Xəlilov da daxil olmaqla, cəmi Şəhidlərimizə bir ömür boyu borclu olduğumu və borclu olduğumuzu söylədim…

Bir daha Şəhidimizin valideynləri ilə dərdləşdim, söhbətləşdim, ev-muzeyində xatirə fotoları çəkdirdim…

Sonra Şəhidimizin valideynləri ilə birlikdə məzarını ziyarətə yollandım…

Onu da qeyd edim ki, Qobustan qəsəbə qəbiristanlığında Ələddin Xəlilovla bir yerdə, yan-yana daha iki Şəhidimiz uyuyur…

Biri-ailənin tək oğlu, iki bacının tək qardaşı, İkinci Vətən Müharibəsi Şəhidi Pünhan Nəsir oğlu Abbasov, digəri isə ailənin dörd oğlan övladından biri, subay, cəmi 19 yaşlı Antiteror Şəhidi Ərzulla Mübariz oğlu Həsənlidir…

Odur ki, hər üç Şəhidimizin məzarını ziyarət edərək, ruhları qarşısında baş əydim və ruhlarına dualar etdim…

Bir daha hər birinin valideyninə, cəmi Şəhid ailələrinə Böyük Yardandan səbr və dözüm arzuladım…

Məqamları Uca, ruhları şad olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin üç övladından biri, iki bacının tək və subay qardaşı-BEYLƏQANLI ŞƏHİD MƏHƏMMƏD ƏLİYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Nəşi 4 ay 2 gündən sonra tapılan və Əbədiyyətə uğurlanan, iki tələbə yoldaşı və can dostu Şəhadətə qovuşan, bu gün Cənnətdəki beşinci doğum günü olan-KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RAMİL BABAYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir