Nəşi iki aydan sonra Əbədiyyətə uğurlanan, evin-ailənin tək oğlu olan-MƏHƏMMƏD MƏMMƏDLİNİN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Murad oğlu Məmmədlinin Anım Günüdür.

Məhəmməd Məmmədlinin Əbədiyyətə uğurlanmasından iki il keçir.

Etikxeber.az xəbər verir ki, Məhəmməd Məmmədli 1994-cü ilin avqustun 21-də Mingəçevirdə sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.

Məhəmmədgil ailədə iki övlad, bir bacı-bir qardaş olublar.

Bir neçə il öncə atasını itirib.

Anaları Mehriban xanım onlara həm ata, həm ana olub.

Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra Məhəmməd Mingəçevirdəki restoranlardan birində ofisiant işləyib.

Bir il öncə, 2020-ci ildə isə ailə qurub.

2020-ci ilin sentyabrın 21-dən də səfərbərliyə cəlb olunub, İkinci Vətən Müharibəsinin ilk günündən də ən ağır döyüş bölgələrindən birində, Talış-Suqovuşan istiqamətlərində olub, döyüşüb.

Anası Mehriban xanımla axırıncı dəfə sentyabrın 30-da danışıb, sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Oktyabrın 2-də Suqovuşanda ağır döyüşlərdən birində Şəhid olub, itkin düşüb.

Düz 2 aydan sonra ondan xəbər çıxıb, daha doğrusu, dekabrın 1-də Şəhidliyi təsdiqlənib və elə həmin gün nəşi Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən, Əbədiyyətə uğurlanmasından sonra, 2021-ci ilin yanvarın 30-da isə  Fatimə adlı qız övladı dünyaya gəlib.

Eyni zamanda, Şəhidin bacısı oğluna Məhəmmədin adını verilib.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarət təxminən bir saat davam edib.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevirdən olan Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, qısa çıxışlar olunub, Şəhidin ailəsinə-anası Mehriban xanıma Allahdan səbr və dözüm arzulanıb.

Ziyarətdən sonra Şəhidin yaşadığı evin-binanın həyətində anım mərasimi keçirilib, adına ehsan verilib.

Bir daha ruhuna dualar oxunub.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Allah ailəsinə səbr versin!

11:00

***

FOTOLAR:

12:48

***

13:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava buludlu olacaq, bəzi yerlərdə isə yağış yağacaq-SABAH

Read Next

Samuxlu İkinci Vətən Müharibəsi Şəhidi-QƏZƏNFƏR ABDULLAYEVİN VƏTƏNƏ ƏMANƏT QALMIŞ TƏK ÖVLADININ-RAUL ABDULLAZADƏNİN KİÇİK TOY MƏRASİMİ OLDU…- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir