Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fərid Əjdər oğlu Məmmədov…
Ağdam rayonunun sonuncu Şəhidi…
Nəşi 2 il 5 ay 5 gündən sonra tapılan və Əbədiyyətə uğurlanan Şəhidimiz…
Qeyd edim ki, Fərid Məmmədov 2003-cü ilin 23 may tarixində Ağdam rayonunun Orta Qərvənd kəndində-sadə bir ailədə dünyaya gəlib…
Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi olub…
2009-2020-ci illərdə orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2021-ci ilin iyul ayında Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb…
Laçın rayonunda xidmətə başlayıb…
Əsgərliyinin 8 ayının tamamına az qalmış-2022-ci ilin mart ayının 3-də isə Əsgərlikdə olduğu Laçın rayonunda itkin düşüb…
Ancaq nəşi düz iki il beş ay beş gündən sonra tapılıb və cəmi aylar öncə, 2024-cü ilin avqust ayının 8-də Quzanlı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
19 yaşlı Şəhidimiz həm də subay olub..
***
Bu gün-15 dekabr 2024-cü il tarixində Quzanlı Şəhidlər Xiyabanında Şəhidimizin anası Emilya xanımla tanış oldum…
Onunla qısaca da olsa, söhbətləşdim, dərdləşdim…
Şəhidimizin ailəsinə, doğmalarına Allahdan səbr və dözüm arzuladım…
“Məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Ruhu qarşısında baş əydiyimi, baş əydiyimizi dilə gətirdim…
Məqamı Uca, dərgahı mübarək olsun!
Nur içində yatsın!
FOTOLAR:
***


Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





