“Nəsiminin abidəsi rayonumuzun mənəvi ab-havasını bir daha gözəlləşdirəcək” – DEPUTAT – FOTOLAR

Xaçmaz şəhərində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb.

Etikxeber.az  xəbər verir ki, “Çənlibel” parkında yeni inşa olunan “Saatlar qülləsi”nin qarşısında qoyulan heykəl və ətrafında son tamamlanma işləri görülür.

Abidə Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar ucaldılıb.

May ayında Nəsiminin heykəlinin, eləcə də 35 metr hündürlüyündə yeni inşa olunan “Saatlar qülləsi”nin açılışı olacaq.

Səkkizmərtəbəli “Saatlar qülləsi” şəhərin girişində yerləşən “Çənlibel” parkına əlavə gözəllik verəcək. Qüllədə uşaq əyləncə mərkəzi və müşahidə məntəqəsi fəaliyyət göstərəcək.

NASİMİ-1

NASİMİ-2

“Çənlibel” parkı Xaçmaz şəhərin girişində yerləşdiyindən buranı yerli sakinlərlə yanaşı, çoxsaylı turistlər də ziyarət edir. Altı hektara yaxın ərazisi olan parkda xalq qəhrəmanı Koroğlunun at üstündə heykəli ucaldılıb. Burada çoxsaylı əyləncə və iaşə obyekti də fəaliyyət göstərir.

Xaçmazdan olan millət vəkili Eldəniz Səlimov isə bununla bağlı saytımıza açıqlamasında öncə bildirib  ki, bu il ölkə prezidenti tərəfindən “Nəsimi İli” elan edilib.

“Bu il Haqq və Ədalət şairimiz, bu yolda, amalları, əqidəsi uğrunda dərisi diri-diri soyulan İmadəddin Nəsiminin anadan olmasının 650 ili tamam olur. Bu,  ədəbiyyat aləminin, əbədiyyatsevərlərin, bütövlükdə Azərbaycan xalqının əlamətdar günü, bayramıdır. Hər birimiz, bütün Azərbaycan sevdalılar, Azərbaycan türkləri Nəsimi ilə fəxr edir, qürur hissi keçirir, öyünür. Çünki heç də hər bir xalqının tarixində, taleyində, söz, ədəbiyyat aləmində Nəsimi kimi mütəfəkkirə, söz, əbədiyyat xiridarına, klassikə rast gəlmək mümkün deyil. Hətta, öz gücləri, orduları, silah arsenalları, hərbi qüdrətləri ilə öyünənlərin belə tarixində, ədəbi aləmində Nəsimi kimi söz ustadı yoxdur. Bu, Tanrının, Böyük Yaradanın bir lütfüdür ki, Nəsimi kimi söz ustadını, klassiki bizlərə göndərib, ərməğan edib. Bu, bizim xoşbəxtliyimiz və mənəvi üstünlüyümüzdür. Təbii ki, Nəsiminin anadan olmasının 650 illiyi də sakit, səssiz-səmirsiz qeyd oluna bilməzdi. Hər zaman sözə, ədəbiyyata, şeir, sənət ustadlarına böyük dəyər verməsi, onlara yükəsk və həssas münasibəti ilə seçilən ölkə prezidenti cənab İlham Əliyev də bu məsələyə biganə qala bilməzdi və qalmadı da.

ELDENİZ-QARDAS

Dövlət başçısı yanvarın 11-də 2018-ci ilin yekunlarına həsr olunmuş müşavirəsində 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə bağlı mövqeyini ortaya qoydu və müşavirədən sonra sərəncam imzaladı. Bununla bir daha həm özünün, həm də Azərbaycan dövlətinin sözə, ədəbiyyata, Nəsimi şəxsiyyətinə və yaradıcılığına münasibətini ifadə etmiş oldu və bu, hər birimizin ürəyindən xəbər verən hadisə oldu. Odur ki, Nəsiminin 650 illiyinin onun adına layiq səviyyədə keçirilməsi, bir daha Azərbaycan ədəbiyyatının, mədəniyyətinin dünyaya tanıdılması üçündə hər bir kəs öz əlindən gələni əsirgəməməlidir. Xaçmaz bölgəsi, rayonumuzun icra başçısı və el ağsaqqalı Şəmsəddin müəllim də hər zaman ədəbi, mənəvi dəyərlərimizə, klassiklərimizə, mütəfəkkürlərimizə böyük diqqət və ehtiramı ilə seçilib, fərqlənib. Nəsiminin abidəsinin ucaldılması da məhz Şəmsəddin müəllimin xidməti, onun sözə, ədəbiyyata, Nəsimi şəxsiyyətinə, ucalığına dəyəri kimi qiymətləndilə bilər. Bu abidənin ucaldılması ilə də  hesab edirəm ki, Xaçmazın, rayonumuzun gözəlliyinə, onun  mənəvi ab-havasına daha bir gözəllik qatılmış olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Əsas məsələ efirdəki verilişlərin məzmununun keyfiyyətinə dəyişiklik etməkdir ki…” – MİLLƏT VƏKİLİ

Read Next

Putinlə In aprelin 25-də görüşəcək – VLADİVOSTOKDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir