Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Gəncə şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidləri Orxan Allahverdi oğlu Yusubov və Elməddin Faxrəddin oğlu Mustafayevin Anım günləridir.
Hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından beş il keçir.
Orxan Yusubovun nəşi 8 ay 4 gündən, Elvin Mustafayevin nəşi isə 8 ay 2 gündən sonra tapılıb.
Orxan Yusubov 2020-ci ilin sentyabr ayının 30-da, Elvin Mustafayev 2020-ci ilin oktyabr ayının 2-də Murov-Kəlbəcər istiqamətində Şəhidlik məqamına ucalıb.
Hər iki Şəhid 2021-ci ilin iyun ayının 4-də Gəncə şəhərində yerləşən Səbiskar qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıblar.
Etikxeber.az xəbər verir ki, əslən Samuxlu, Qarabağlarlı olan Orxan Yusubov 1992-ci ilin yanvar ayının 19-da, əslən Daşkəsənli olan Elvin Mustafayev isə 1992-ci ilin 14 mart tarixində dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri və texnikum təhsilli olan Orxan Yusubov subay idi.
Texnikum təhsilli olan Elvin Mustafayev isə ailəli olub, üç övladı Vətənə əmanət qalıb.
Orxan Yusubov İkinci Vətən Müharibəsində könüllü, Elvin Mustafayev isə MAXE kimi iştirak edib.
Qeyd edək ki, Elvin Mustafayevin əmisi Faiq Mustafayev də Şəhiddir, o, Birinci Qarabağ Savaşı zamanı Şəhidlik məqamına ucalıb.
***
Bu gün həm də əslən Naxçıvanlı İkinci Vətən Müharibəsi Şəhidi Rauf Səxavət oğlu Əliyevin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Rauf Əliyevin bu gün-4 iyun 2026-cı il tarixində 32 yaşı tamam olur.
Ailənin iki oğlan övladından biri olan Rauf Əliyev isə 1994-cü ilin iyunun ayının 4-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açıb.
Tək, ali təhsilli və polis orqanlarında işləyən qardaşı hazırda ailəli və bir övlad atasıdır.
Texniki Universitetdə ali təhsilə yiyələnib.
2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb və Aprel döyüşlərinin fəal iştirakçısı olub.
Bank sektorunda işləyib.
İkinci Vətən Müharibəsi zamanı Vətənin müdafiəsinə atılıb.
Oktyabrın 21-də isə Hadrut istiqamətində Şəhidlik məqamına ucalıb.
Nəşi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.
Subay olan Rauf Əliyev Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
***
Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Ailəsinə, valideynlərinə-anası Xavər xanıma və atası Səxavət kişiyə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki altıncı doğum günü, 32 yaşı təbrik olunub.
Anası Xavər xanımın göz yaşları içində dediklərindən:
“Bu gün doğum günündür…Amma sən mənim üçün elə 26 yaşında qaldın…Ondan sonra heç bilmirəm neçənci yaşın, neçənci doğum günündür…”
Şəhidin məzarını ziyarətdən sonra Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Cənnətdəki altıncı doğum günü ilə bağlı məclis təşkil edilib, adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı təşkil edilən məclisdə ailə üzvləri, doğmaları, Şəhid ailələri, hərbçilər, polis əməkdaşları, din xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər.
Məkanları cənnətlik, ruhları şad olsun!
Nurlar içində yatsınlar!







13:03
***
FOTOLAR:











13:59
***








14:24
***








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





