“Nəticədə rayonumuzda təhsil sahəsində göstəricilər daha da yüksələcək…” – SAHİBA QAFAROVADAN PREZİDENTƏ MİNNƏTDARLIQ

Möhtərəm Prezidentimiz İlham Əliyev Şəmkir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Şəmkir şəhərində 1600 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək.

Etikxeber.az xəbər verir ki, bunu professor, BSU-nun prorektoru, Şəmkirdən olan millət vəkili Sahibə Qafarova deyib.

“Şübhəsiz ki, bu Sərəncam rayonumuzda təhsil infrastrukturunun daha da inkişafına, o cümlədən tədris prosesinin daha yaxşı əsaslarda təşkilinə imkan verəcək, nəticədə rayonumuzda təhsil sahəsində göstəricilər daha da yüksələcək. Mən bütün Şəmkirlilər, o cümlədən seçicilərimiz adından yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımızı bildirirəm…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Ərdoğanla Putin-BİR ARAYA GƏLDİ – GÖRÜŞ 3 SAAT ÇƏKDİ – BU GECƏ ATƏŞKƏS QÜVVƏYƏ MİNƏCƏK – YENİLƏNİB – (1)

Read Next

Bahar Muradova-KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARINDAN DANIŞDI, YENİ DEPUTATLARA UĞURLAR ARZULADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir