Nəzakət Teymurova Opera və Balet Teatrından niyə getdi?

Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrında fəaliyyətinə son verib.

Etikxeber.az-ın “Kulis.az”a istinadən verdiyi xəbərə görə, müğənni öz ərizəsi ilə işdən ayrılıb.

Müğənni işdən ayrılmasının səbəbini açıqlamayıb.

Opera və Balet Teatrının mətbuat Xidmətindən bildiriblər ki, Nəzakət Teymurova bu barədə ərizəni ötən ilin noyabrında yazıb:

“Nəzakət xanım aktiv pedaqoji fəaliyyətlə məşğul olurdu. Bizdə isə əvəzçilik üzrə işləyirdi. Ancaq Leyli rolunda çıxış edirdi. Buna görə də öz istəyi ilə ərizə yazıb. Biz də onun istəyini yerinə yetirmişik”.

Etikxeber.az

Read Previous

“Fred Asif”-in xanımı dünyasını dəyişdi

Read Next

Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir