Nəzarətdən gizlədilən 26 min ədəd müxtəlif markalı siqaretlər aşkar edilib – FOTO

26000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 26000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Prezident memarların bir qrupunu “Tərəqqi” medalı ilə təltif etdi

Read Next

Ukrayna da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq niyyətindədir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir