Nərimanov İcra Hakimiyyəti-BELƏ ŞƏHİD MƏZARLARI OLAR?…

Bu fotoları sosial şəbəkə hesabımda, Şəhidlərimizlə bağlı digər statusumda da paylaşmışdım…

Və tərəddüd edirdim, Şəhidlərimizin ruhunu narahat edə, incidə biləcəyimdən tərəddüd içindəydim…

Çünki saatlar öncə bu mənzərini, Şəhidlərimizin məzarlarını görəndən özümdə-sözümdə deyildim, çox sarsılmışdım, çox qəzəbliydim…

Belə də Şəhid məzarları, Şəhidlərimizə də belə münasibət olarmı?

Bundan da daha ucuzunu tapmadılarmı, tapmadınızmı?!

Şəhid məzarları, fikrimcə, ən bahalısı, ən əzəmətlisi, ən diqqət cəlb edəni…olmalıdır… Haradan baxsan, onun əzəməti görünməlidir…

Çünki onların-Şəhidlərimizin Haqqıdır və eyni zamanda, onların Haqqı heç nə ödənilə bilməz və ödənilməyəcək də!

Belə olan halda, bu nə məzarlar, nə məzar daşlarıdır Şəhidlərimizə rəva görülür, onlar niyə belə ucuz tutulur?

Budurmu onlara sayğımız, diqqətimiz?!

Mingəçevirdəki Şəhid məzarları da bərbaddır və bəzi Şəhid ailələri artıq məzar daşlarını özləri dəyişirlər…

Binəqədi kənd (qəsəbə) qəbiristanlığındakı Şəhid məzarları isə onlardan daha bərbad, daha ucuz, daha keyfiyyətsizidir deyərdim…

Şəhid ailələri də bundan çox narahat, çox rəncidə və çox incikdirlər… Tam əminliklə deyirəm…

Binəqədi İcra Hakimiyyəti-indi buna nə ad vermək olar, niyə belə edirsiniz, nədir məqsədiniz?

Şəhid ruhlarından qorxun və Allah Sizləri islah etsin, əgər edəcəksə!!!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Tərəfləri vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”-ABŞ DÖVLƏT DEPARTAMENTİ

Read Next

“Son söz Xalqın və cənab Prezidentindir”-JALƏ ƏLİYEVA – ŞUŞA ÖLKƏNİN YENİ PAYTAXTI OLA BİLƏRMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir