Nəşi 19 gündən sonra torpağa tapşırılan, ali təhsilli, subay-TƏRXAN QURBANOVUN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Mingəçevirin (Şəkinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Tərxan Zabit oğlu Qurbanovun Anım Günüdür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Düz bir il öncə-bu gün, 25 noyabr tarixində nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Etikxeber.az-ın xəbərinə görə, Tərxan Qurbanov 1996-ci ilin 29 iyununda Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olub…

Sonra ailəsi ilə birlikdə Rusiyaya, Moskva şəhərinə köçüb, bir müddət orada yaşayıb…

2004-cü ildə Moskva şəhərində 1-ci sinfə gedib…

Sonra yenidən Azərbaycana, bu dəfə Mingəçevir şəhərinə köçüblər…

Və 2005-ci ildə Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin rus bölməsinin 2-ci sinfinə gedib, təhsilini davam etdirib…

2015-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurduqdan sonra-elə həmin il, 2015-ci ildə Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinə daxil olub…

2019-cu ildə ali təhsilini başa vurduqdan sonra, 05.07.2019-cu il tarixində Ağcabədi rayonundakı hərbi hissələrdən birində hərbi xidmət keçib, Vətənin keşiyini çəkib…

Tərxan əsgərlikdə də fəal tibb işçisi kimi ( sanitar) özünü təsdiqləyib…

Və İkinci Vətən Müharibəsi başlanan gündən, 27 sentyabrdan da döyüşlərdə olub…

Və döyüşüb, vuruşub, igidliklər göstərib…

Onun döyüş yolu da uzun və şərəfli olub…

Fizulidən Xocavəndə, Xocavənddən Şuşaya qədər döyüş yolu keçib…

Tərxangil Xocavəndin mərkəzinə daxil olan ilk dəstə üzvləri olublar…Həmçinin, Şuşa uğrunda döyüşlərdə fəal iştirak ediblər…

Və İgidimiz, Qəhrəmanımız Xocavənd istiqamətində ağır döyüşlərdən birində, İkinci Vətən Müharibəsinin bitməsinə cəmi 4 gün qalmış-6 noyabr tarixində qəhrəmancasına həlak olaraq Şəhidlik məqamına yüksəlib…

Amma onun nəşini bir neçə gün tapmaq mümkün olmayıb…

Nəşini yalınız noyabrın 25-ində əldə etmək mümkünləşib və elə həmin gün Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ölümündən sonra “Vətən uğrunda”  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

***

Bu gün Anım Günü ilə bağlı səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, şəhər sakinləri, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri və başqa şəxslər iştirak edəcəklər.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə, məhəllədə anım mərasimi keçiriləcək, ehsan süfrəsi açılacaq.

Mərasim zamanı bir daha Şəhidin ruhuna dualar ediləcək.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Allah ailəsinə səbr versin!

00:00

***

Bu gün səhər saatlarında Şəhid Tərxan Zabit oğlu Qurbanovun Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarını ziyarətdə Şəhidin valideynləri, bacısı, yaxınları, şəhər sakinləri, Mingəçevirdən, Kürdəmirdən, digər bölgələrdən olan Şəhid anaları, Şəhid ailələri, Qazilər, Tərxan Qurbanovun döyüşçü yoldaşları, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Ziyarət təxminən bir saat çəkib.

Sonra Şəhidin yaşadığı məhəllədə anım mərasimi başlayıb, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhlarında dualar edilib.

11:25

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

16 noyabr 2021-ci il Şəhidimiz: Ailənin tək və subay oğlu, cəmi 8 ayın Əsgəri-ELMİN SAMİR OĞLU ƏLİZADƏ…-FOTOLAR

Read Next

Qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 27-dək davam edəcək-ETSN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir