Nəşi 4 ay 2 gündən sonra dəfn edilən, 3 medallı və 1 ordenli Baş leytenant-ŞƏHİD RAMİL BABAYEVİN CƏNNƏTDƏKİ YUBİLEY DOĞUM GÜNÜ: 30 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (7)

Bu gün Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Baş leytenant Ramil Taqət oğlu Babayevin növbəti ad günüdür.

Onun 30 yaşı tamam olur və bu, Ramil Babayevin Cənnətdəki ilk ad günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, 1991-ci ilin dekabr ayının 12-sində dünyaya gələn Ramil Babayev evin-ailənin dörd övladından biri olub.

O, 15 yaşında, 9-cu sinfi bitirdikdən sonra həyatını hərblə bağlayıb, əvvəlçə Naxçıvanski adına Hərbi Liseyi bitirib, sonra Hərbi Akademiyaya daxil olub və oranı başa vurub.

Ramil Babayev 2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub.

İkinci Vətən Müharibəsi başlayan zaman isə Murovdağ istiqamətində döyüşlərdə olub, böyük şücaətlər, igidliklər göstərib və sentyabrın 29-da Şəhadətinə qovuşub.

Ancaq nəşini düz 4 ay iki gündən sonra əldə etmək mümkün olub, Şəhidimizin nəşi 2021-ci ilin yanvarın 31-də Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra 3 medalla-“İgidliyə görə”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə ilə təltif olunub.

Ramil Babayev həm də ailəli, iki övlad-bir qız və bir oğlan atası olub.

***

Bu gün səhər saatlarında Şəhidin Cənnətdəki ilk ad günü ilə bağlı Kürdəmir Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Kürdəmirli Şəhid ailələri, Qazilər, rayon sakinləri və ziyalıları, Kürdəmir rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri, məktəblilər iştirak edəcəklər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək, çıxışlar ediləcək.

Ziyarətdən sonra Şəhidin Cənnətdəki ilk ad günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan veriləcək.

Məqamı Uca, Cənnətdəki ilk ad günü, yubiley doğum günü-30 yaşı, mövludu mübarək olsun!

Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr versin!

00:00

***

Saat 10:00

Şəhidimizin yaşadığı ev…

Böyüyüb boya-başa çatdığı ocaq…

Canlı muzeyə çevrilmiş ev…

Dəfələrlə olduğum, baş çəkdiyim, ziyarət etdiyim ocaq…

Hər yerdən Şəhidimizin Nur üzlü siması boylanır…

Hər yerdə, hər guşədə anısı, xatirəsi var…

Hət yerdə müqəddəs ruhu dolaşır…

Bir an olsun belə ruhu bu evi, bu ocağı, hələ də yolunu gözləyən ailəsini, iki körpəsini tək buraxmır…

Ruhu daim onları qoruyur…

Ruhu şad, ruhu köməkləri olsun!

10:25

***

FOTOLAR:

ŞƏHİDİMİZİN YAXINLARI, ƏZİZLƏRİ…

ADINI DAŞIYAN OĞLU…ÜZÜNÜ GÖRMƏDİYİ RAMİLİ…BALACA RAMİL…RAMİL BABAZADƏ…

***

ŞƏHİDİMİZİN NUR SİMALI ANASI…QƏHRƏMAN ANA…DƏRDLİ VƏ QÜRURLU ANA…İLHAMƏ ANA…

***

***

ŞƏHİDİMİZİN ŞİRİN-ŞƏKƏR, DİLLİ-DİLAVƏR QIZI…

10:50

***

Saat 11:00

Şəhidimizin məzarının izdihamlı ziyarəti…

Şəhidimizin ailəsi, Kürdəmirli, Bərdəli Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri, rayon sakinləri, ziyalılar…

Hamısı Şəhidimizin ziyarətinə, öz mənəvi borclarını yerinə yetirməyə gəlib…

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, məzarı önündə ehtiramla baş əyilib..

Bir saata yaxın davam edən ziyarətdə çıxışlar edilib, Ramil Babayevin İgidliyindən, Şəhidliyindən, qısa və şərəfli həyat, döyüş yolundan bəhs olunub, Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib

Ziyarətdən sonra Kürdəmir məscidindəki mərasim zalında mərasim başlayıb, adına ehsan süfrəsi açılıb…

12:10

***

VƏ CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI İZDİHAMILIMƏRASİM…

12:35

***

DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLƏMƏSİ, ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNİN BİR DƏQİQƏLİK SÜKUTLA ANILMASI…ÇIXIŞLAR…DƏRD VƏ QÜRUR ORTAQLARI OLAN ŞƏHİD AİLƏLƏRİ…

12:49

***

ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN ANALAR, QƏHRƏMAN AİLƏLƏR…

ŞƏHİDİN TƏLƏBƏ VƏ DÖYÜŞ YOLDAŞLARI…

ŞƏHİDİMİZƏ HƏSR OLUNMUŞ VİDEOÇARX

13:08

***

ŞƏHİDİMİZİN AİLƏ ÜZVLƏRİ…İKİ ÖVLAD ANASI OLAN HƏYAT YOLDAŞI, BACILARI VƏ TƏK QARDAŞI… VƏ YA SÖZÜN BİTDİYİ YER…

BİR-BİRİNƏ DAYAQ OLAN KÜRDƏMİRLİ ŞƏHİD ANALARI…

UCARLI QƏHRƏMANIMIZ, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ KƏRİM ƏLİYEVİN VÜQARLI, DİK DURUŞLU ATASI…

***

14:02

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərhum dövlət başçısı Heydər Əliyevin məzarını-ZİYARƏT ETDİLƏR – FOTOLAR – YENİLƏNİB

Read Next

AZƏRBAYCANIN ZƏFƏRİNİ TƏMİN EDƏN SİYASƏT-Ziyad Səmədzadə yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir