“Bu günə kimi yolunu gözləyirdim, deyirdim ki, bəlkə gəldin…”-Nəşi 69 gündən sonra dəfn olunan-ƏRZUMAN OSMANOVUN ANASI – ŞƏHİDİN ANIM MƏRASİMİ KEÇİRİLDİ -FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ərzuman Osmanovun Anım Günüdür.

Onun torpağa tapşırılmasından bir il keçir.

Düz bir il öncə-bu gün, 10 dekabr tarixində nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Etikxeber.az-ın xəbırinə görə, Ərzuman Kamran oğlu Osmanov 1990-cı ilin dekabr ayının 25-də anadan olub.

1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. 

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsi zamanı Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Və ağır döyüşlərdən birində-oktyabrın 1-də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi uzun müddət tapılmayıb, yalınız 69 gündən sonra ailəsinə təhvil verilib və 2020-ci ilin dekabr ayının 10-da, 30 yaşının tamam olmasına 15 gün qalmış Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Ərzuman həm də subay olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.

Ailə üzvlərinin, Mingəçevirli Şəhid ailələrinin iştirakı ilə keçiriləcək ziyarətdə məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı “QRES” qəsəbəsində anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Bir daha ruhuna dualar oxunacaq.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

00:00

***

Bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, Mingəçevir, Ağdaş və Bərdədən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Şəhidin anasının sözləri, ağısı ürəklər dağlayıb, hər kəsi göz yaşlarına boğub:

“Oğlum sənin məzarını yox, özünü qucaqlamaq istəyirəm…Məzardan oğul olmaz…Bu günə kimi yolunu gözləyirdim, deyirdim bəlkə gəldin…Axı, sən hər zaman məni axtarırdın, bir an olsun belə unutmurdun, hər dəqiqə mənimlə maraqlandırdın…Nə olar, 10 dəqiqəlik də olsa, gəl…Səni gözləyirəm gözəl balam…”.

Bir saat davam edən ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı binanın həyətində anım mərasimi keçirilib, adına ehsan verilib.

Mərasimdə bir daha Şəhidin ruhuna dualar edilib.

Mərasim 3 saatdan çox davam edib.

12:30

***

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZ…

MƏZARININ ZİYARƏTİ…ANA, ANALAR YANAR, AĞLAR…

ŞƏHİD AİLƏLƏRİ, DƏRD VƏ QÜRUR ORTAQLARI…

13:45

***

VƏ ANIM MƏRASİMİ….

MİNGƏÇEVİRLİ, BƏRDƏLİ, AĞDAŞLI ŞƏHİD ANALARI, ŞƏHİD ATALARI, ŞƏHİD AİLƏLƏRİ…QƏHƏRƏMAN ANALAR, QƏHRƏMAN ATALAR, QƏHRƏMAN AİLƏLƏR…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kəlbəcər istiqamətində Ermənistanın növbəti təxribatı dayandırılıb-MN

Read Next

Azad edilmiş ərazilərdə iqtisadi inkişaf sürətləndiriləcək-PREZİDENTDƏN NÖVBƏTİ SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir