Nəşi 9 ay yarımdan sonra tapılan Kapitan Əkbər Pənahov: ANIM GÜNÜNDƏ ADINI DAŞIYAN PARKIN VƏ BARELYEFİNİN AÇILIŞI OLUDU, MƏRASİM KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kapitan Əkbər Bəylər oğlu Pənahovun Anım gündür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Düz bir il öncə-bu gün, 12 iyul tarixində Əkbər Pənahovun nəşi İkinci Fəxri Xiyabanda dəfn edilib.

Etikxeber.az xəbər verir ki, Əkbər Pənahov 1990-ci ilin avqust ayının 12-də dünyaya gəlib.

Ailədə iki övlad, iki qardaş olublar.

O, peşəkar hərbçi, Azərbaycan Ordusunun Kapitanı olub.

İkinci Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət onun nəşini əldə etmək mümkün olmayıb.

Nəşi ya 9 ay yarımdan sonra, 2021-ci ilin iyulun 10-da tapılıb və iki gün sonra, 12 iyul tarixində dəfn edilib.

Şəhidliyindən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və bir neçə medalla təltif olunub.

Eyni zamanda, Şəhidliyindən öncə bir sıra medallara layiq görülüb.

Əkbər Pənahov həm də ailəli, iki övlad atası olub.

13:00

***

Şəhidliyinin ilk ili, Anım günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.

Eyni zamanda, Şəhidin adını daşıyan parkın və barelyefin açılış mərasimi olub.

Mərasimdə Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digər şəxslər iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Şəhidin ruhuna dualar oxunub, çıxışlar olunub.

Sonra “Zəm-zəm” mərasim evində Şəhidlə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə də Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirlib, Şəhidin ruhuna dualar edilib.

Mərasim zamanı həmçinin çıxışlar edilib.

Çıxışlarda Şəhidin keçdiyi qısa, lakin şərəfli döyüş yolundan danışılıb, ailəsinə, anası Mayqa xanıma başsağlığı verilib, Allahdan səbr və dözüm arzulanıb.

Bununla yanaşı, mərasimdə tanınmış bəstəkar-müğənni Ruslan Səfəroğlu tərəfindən Şəhidə həsr olunmuş mahnı ifa edilib, o cümlədən, dini mahnılar, İlahilər səsləndirilib.

Qeyd edək ki, anım mərasimində də Şəhidin ailə üzvləri, yaxınları, Bakıdan, Sumqayıtdan, Bərdədən, Biləsuvardan, Gəncədən, Ağdaşdan, Goranboydan və digər bölgələrdən olan Şəhid ailələri, hərbçilər, Qazilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik, ruhu şad olsun!

Nur içində yatsın!

14:40

***

FOTOLAR

19:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 63 yeni-YOLUXMA…

Read Next

“Lex”i darmadağın edən “Qarabağ”-“SÜRİX”LƏ QARŞILAŞACAQ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir