Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Yanvarın 27-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Etikxeber.az-a bildiriblər ki, 46 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10.00-da başlanacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırılacaq, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Etikxeber.az

Read Previous

3,4 milyon insan teatr və muzeyləri ziyarət edib – AZƏRBAYCANDA

Read Next

Dövlət Komitəsinin sədri bu dəfə Abşeronda vətəndaşları qəbul edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir