Naftalanın 39 yaşlı icra başçısı – KOLLEKTİVƏ TƏQDİM OLUNDU

Naftalan Şəhər İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub.

Etikxeber.az xəbər verir ki, bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən Naftalana icra başçısı təyin edilən Vüqar Novruzov İcra Hakimiyyətinin kollektivinə təqdim olunub.

Saat 17:00 radələrində başlanan təqdimolunma təxminən bir saat çəkib.

Qeyd edək ki, 39 yaşlı icra başçısı Auditorlar Palatasının sədri Vahid Novruzovun oğludur.

O, son Sərəncama qədər Bakının Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.

Etikxeber.az

 

Read Previous

“Sizi çox ciddi cəza gözləyir…”- PREZİDENTDƏN YENİ İCRA BAŞÇILARINA XƏBƏRDARLIQ – FOTO – YENİLƏNİB

Read Next

“Sizinlə ünsiyyətdə olanda hər dəfə nəsə yeni bir şey öyrənmişəm…” – MEHRİBAN ƏLİYEVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir