Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fərid İlqar oğlu Adıgözəlovun doğum günüdür.
Fərid Adıgözəlovun sabah 32 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Fərid Adıgözəlov 1992-ci ilin 8 sentyabr tarixində Naftalan şəhərində-sadə bir ailədə dünyaya gəlib.
Ailənin 2 oğlan övladından biri olub.
1998-2009-cu illərdə orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2010-cu ildə həqiqi hərbi xidmətə yollanıb və 2012-ci ildə Əsgərliyini başa vurduqdan sonra evinə dönüb, müxtəlif sahələrdə çalışıb.
Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE-çavuş kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib, Suqovuşan-Talış kəndi istiqamətlərində döyüşüb və oktyabr ayının 18-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi Naftalan şəhər qəbiristanlığında dəfn olunub.
Şəhidliyindən sonra “Vətən uğurunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
O, həm də ailəli olub.
Gülsurə adlı qız övladı Vətənə əmanət qalıb.
Qardaşı oğlu isə Onun-Fərid Adıgözəlovun adını daşıyır.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 32 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az