“Nağılavarı bəhanələr bir kənara qoyulmalı və…” – MİLLƏT VƏKİLİ

Əli Məsimli: Müəlliflikdən imtina edirik, təki qanun layihəsi qəbul olunsun

Təhsil kreditləri kimi aktual bir məsələni yenidən gündəmə gətirilməsi sevindirici və müsbət bir haldır. Çünki bu məsələnin artıq birdəfəlik həll olunması lazımdır. Hazırda universitetlərdə oxuyanların çoxu ödənişli əsasda təhsil alır. Orta əmək haqqının 560 manat, işləyənlərin xeyli hissəsinin isə 200-300 manat arasında maaş aldığı bir şəraitdə təhsil haqqları 2000-5000 manat arasındadır.

Etikxeber.az xəbər verir ki, bunu  millət vəkili, “Təhsil haqqında” qanun layihəsinin həmmüəllifi Əli Məsimli deyib.

O, qeyd edib ki, bu səbədən də aztəminatl ailələr bu haqqı ödəyə bilmir.

Onun sözlərinə görə,  çox təəssüflər olsun ki, hər il xeyli gənc təhsil haqqını ödəyə bilmədiyindən universitetdən çıxarıılır.

“Halbuki təhsil kreditləri barədə ən mükəmməl qanun layihəsini biz (həmkarım Vahid Əhmədovla mən) artıq hazırlayıb paket şəklində təqdim etmişik.

Bizi bu qanuna müəlliflik hüququ yox, həmin qanunun qəbul edilməsi və aztəminatlı ailələrin övladlarının təhsil haqqını ödəyə bilməməsi səbəbindən, bir hissəsinin universitetlərdən kənarlaşdırılmasına, talelərin sındırılmasına son qoyulması əsas olduğundan, dəfələrlə müəlliflikdən imtina etməyimiz barədə açıqlama vermişik.

Təssüf ki, yenə də bu qanun layihəsinin qəbulunu gecikdirməkdən ötrü müxtəlif və həm də çox səriştəsiz bir tərzdə bəhanələr gətirilir.

ali masimli-1

Keyfiyyətli təhsil almaq aztəminatlı ailələrin övladları da daxil olmaqla hamının konstitusion hüququdur.

“Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbulu aztəminatlı ailələrin övladlarının bu konstitusion haqqdan real şəkildə faydalanaraq təhsillərini rahat başa vurmalarına böyük dəstək ola bilər.

Ona görə də nağılavarı bəhanələr bir kənara qoyulub, “Təhsil kreditləri haqqında” qanun layihəsi nə qədər tez qəbul edilsə, bu, həm təhsilimiz, həm gənc nəsil, həm aztəminatlı ailələr, həm də dövlət üçün bir o qədər çox faydalı olar”-deyə, Ə. Məsimli sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Növbəti iclas mayın 3-də olacaq – PARLAMENTİN YAZ SESSİYASI MAYDA BAŞA ÇATIR

Read Next

Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir