Namiq Dəlidağlının yeni kitabı çap olunub – FOTO

Çağdaş Azərbaycan poeziyasının özünəməxsus dəst-xətti olan bir nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Manevr.az və Sumqayitfakt.az saytlarının rəhbəri: Namiq Dəlidağlının ” Otel otağından reportaj” adlı yeni kitabı işıq üzü görüb.

Etikxeber.az xəbər verir ki, kitaba, əsasən, şairin son illərdə qələmə aldığı şeirləri daxil edilib.

Vətən və insan sevgisi kimi klassik mövzulara yeni nəfəs verib, yeni çalar qatan şair qarşısına ənənəvi – milli çərçivədən çıxmaq kimi bir məqsəd qoymayıb. Göstərilən çabalar bu mövzuları yeni üslubda, fərqli biçimdə oxucuya təqdim etməkdir. Müəllif son illərdə şahidi olduğu, eşitdiyi məlumatları çox ustalıqla qələmə alıb. Əsil vətəndaş mövqeyi sərgiləyən bir insan olaraq, gah gənc ömürləri yarıda kəsilən ağaclara “ağı” deyir, gah arzuları gözlərində “boğulan” dənizçilərin xatirəsinə rekviyem səsləndirir, gah da doğma yurd: Kəlbəcər niskili ilə son karvana “qoşulan” anasına yalandan təskinlik verməkdən yayınaraq, “ta demirəm sağlıq olsun, ay ana” söyləyir.

Kitab bir insan-şair qəlbində sıralanmış arzu, istək və niskilin poetik dillə ifadəsidir. Ümid edirik ki, istedadlı şairin bu kitabı da oxucuların marağına səbəb olacaq və yeni şeirləri böyük həvəslə oxunacaq. Kitaba ön sözü  filologiya üzrə fəlsəfə doktoru Nailə Mirzəyeva yazıb. Namiq Dəlidağlının “Otel otağında reportajı” oxusanız  könlünüz açılacaq.

Etikxeber.az

Read Previous

“Xəyanət” – QƏRƏNFİL MANSUROVA YAZIR

Read Next

“Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq…” – PREZİDENT – FOTOLAR -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir