“Namizədlər arasında bu ölkənin prezidenti olmuş şəxs, istiqlalçı millət vəkilləri, keçmiş deputatlar var” – “MÜSAVAT”

Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A. Haçılının sözlərinə görə, onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var.

“Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var.

Həftə sonunadək Azərbaycan parlamentinin görmək istədiyimiz möhtəşəm tərkibi, dairələr üzrə adaylarımızın tam siyahısı elan ediləcək.

Dövlətimiz və millətimiz üçün xeyirli, uğurlu olsun”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Bahar Muradova hansı qadın namizədlərlə bir araya gəldi? – FOTOLAR

Read Next

YAP-ın seçki şüarı bəlli oldu: “XALQ ÜÇÜN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir