Naqif Həmzəyevdən sonra daha bir deputat Gəncənin Nizami və Kəpəz inzibati ərazi bölgüsünün-LƏĞV OLUNMASINI TƏKLİF ETDİ

Hər bir müasir dövlətin idarəçilik sisteminin dayanıqlı fəaliyyəti və inkişafı üçün vacib amil olan şəffaflığın və hesabatlılığın artırılmasına Azərbaycanda daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə mühüm nəticələr əldə olunub. Eyni zamanda, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, informasiyanın əldə edilməsində daha geniş ictimai nəzarətin təmin olunması, iştirakçılığın artırılması və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri də davam etdirilməkdədir.

Etikxeber.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gəncəni parlamentdə təmsil edən 4 millət vəkilindən biri-deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, idarəçilikdə şəffaflığın və operativliyin möhkəmləndirilməsi, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması daim əsas prioritet vəzifə hesab edilməlidir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən uğurlu idarəçilik islahatları fonunda vətəndaş-məmur münasibətləri sahəsində də bir çox irəliləyişlərə nail olunub. Düşünürəm ki, Gəncənin Nizami və Kəpəz inzibati ərazi bölgüsünün ləğv edilməsi bu şəhərdə idarəçilikdə keyfiyyətini daha da yüksəldəcək. Vahid idarəçiliklə vətəndaşlara xidmət daha da səmərəli və nəticəli olacaq. Çünki hazırkı vəziyyətdə insanlar bir sıra problemlərlə üzləşirlər. Məsələn hər hansı bir şəxs bəzən sənədlərini düzəltmək, işə qəbul olmaq və s. səbəblərə görə çaş-baş qalır, haraya müracət edəcəyini bilmir. Ancaq sözügedən rayon bölgüsü ləğv edilsə, vətəndaşlar həm vaxtına qənaət edər, həm də vahid bir yerə müraciət edəcəyini öyrənmiş olarlar. İdarəçilikdə bu cür addımların atılması birbaşa vətəndaşların rahatlığına yönəlib”.

Deputat qeyd edib ki, vahid mərkəzdən idarəçilik çoxmərtəbəli idarəetmə sistemini tamamilə aradan qaldıracaq və vətəndaşlarda məmnunluq yaradacaq:

“Gəncə sakinlərinin də bu bölgünün ləğv edilməsindən razı qalacaqlarına əminəm. Bununla biz vətəndaş razılığını daha çox təmin edəcəyik”.

Xatırladaq ki, bu təkliflə digər gəncəli millət vəkili Naqif Həmzəyev də çıxış etmişdi.

Etikxeber.az

Read Previous

“Azərbaycanın neft strategiyasının əsasında Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə də Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi dayanır”-MİLLƏT VƏKİLİ

Read Next

“Elə bilirdilər ağ günə çıxacaqlar: Yanılmışdılar – növbəti dəfə…Bu xainlərin tarixi belə anlarla doludur…”-SABİQ DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir